• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycan milli komandasının futbolçusu vəfat edib- FOTO

Azərbaycan milli komandasının futbolçusu vəfat edib- FOTO
25.07.2020 12:52
Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş Nino Qurqenidze dünyasını dəyişib.

Anews.az AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Qurgenidze son olaraq, Azərbaycanın U-19 yığmasında 2018-ci ilin 3 - 9 oktyabrında Türkiyədə Avropa çempionatının seçmə oyunlarında meydana çıxıb.
 
Həmin görüşlərdə Türkiyəyə 0:2, İsveçrəyə 0:3 hesabı ilə uduzan milli komanda son qarşılaşmasında Kiprə qalib gəlib - 2:1. Həmin matçda Azərbaycan yığmasının ikinci qolunu məhz Qurgenidze vurub.

Xəstəliyi üzə çıxdıqdan sonra o, Türkiyədə müayinədən keçib və müalicəsini Gürcüstanda davam etdirib.

Qeyd edək ki, Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alıb. 

O, əvvəlcə U-17, daha sonra U-19 millisində forma geyinib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əməkdar məşqçi koronavirusdan vəfat etdi - Foto
Cəmiyyət 22:21
Əməkdar məşqçi koronavirusdan vəfat etdi - Foto
Türkiyə Prezidenti Bakıda azarkeşlərlə görüşdü - Video
Cəmiyyət 17:22
Türkiyə Prezidenti Bakıda azarkeşlərlə görüşdü - Video
Azərbaycan milli komandasının futbolçusu vəfat edib- FOTO
Cəmiyyət 12:52
Azərbaycan milli komandasının futbolçusu vəfat edib- FOTO
Cəmiyyət 19:31
"Qarabağ"ın oyununa pul qoyuluşu edən qadın rekord məbləğ uddu (FOTO)
Azərbaycanlı futbolçu xərçəngdən vəfat etdi – FOTO
Cəmiyyət 21:21
Azərbaycanlı futbolçu xərçəngdən vəfat etdi – FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol