• $
  • £

Bu şəhər marixuanaya “hə” dedi

Bu şəhər marixuanaya “hə” dedi
08.07.2014 09:50

Nyu York marixuananın tibbi yöndə istifadə edilməsini qanuni hesab edən ABŞ-nin 23-cü ştatı oldu

ANS PRESS-in məlumatına görə, bu barədə sənədi ştatın qubernatoru Endryu Kumo imzalayıb.Onun sözlərinə görə qanun marixuanadan maksimum fayda götürməyə icazə verəcək. Çətənə bitkisi dövlət tibb orqanlarının nəzarətində 5 özəl şirkət tərəfindən yayılacaq. Onu yalnız reseptlə xərçəng, AİDS, skleroz, Parkinson xəstəliyi, epilepsiya, sinir xəstəlikləri və digər ağır xəstəliklərdən əziyyət çəkənlərə verəcəklər. Eyni zamanda marixuananın çəkilməsi və becərilməsi əvvəlki kimi qadağan olaraq qalır. 

Narkotik bitkinin tibbi məqsədlər üçün istifadəsi üzrə Tədbirlər proqramı qubernatorunun sərəncamı ilə istənilən vaxt dayandırıla bilər.Qeyd edək ki, narkotik bitki olan Marixuana istifadəsi xoş bir rahatlıq və bəzən bir coşğu halı verə bilər. İstifadəçilər ayrıca görmə, iyləmə, dadbilmə və eşitmə duyğularından kəskinləşmə hissi ala bilərlər. Qısa vədədə istifadəçilərin iştahında və nəbzində bir artım olar. İstifadəçilər ayrıca avtomobil istifadəsi və məntiqli düşünmə kimi fiziki və zehni işləri yerinə yetirməkdə çətinlik çəkərlər. Yüksək dozalarla istifadə edənlərin səs və ya rəng hissləri kəskinləşə bilsə də, düşünmə bacarıqları yavaşlayar və bulanıqlaşar.Əgər doza çox yüksək isə marixuanın təsirləri halüsinojenlerinkilərə bənzər və qayğı, çaxnaşma və hətta psikotik episodlar şəklində ola bilər. Marixuananın nizamlı istifadəçilərinin iş və ya şəxsi münasibətlər kimi digər bütün fəaliyyətlərə olan maraqlarını itirəcək dərəcədə psixoloji asılılığın inkişaf riski vardır. İngiltərədə edilən son araşdırmalara əsasən marixuana istifadəsi ilə şizofrenidəki artım arasında bir əlaqə olduğunu ortaya çıxarmışdır. Marixuana dumanı yüksək qətranlı siqaretlərdən yüzdə əlli daha çox qətran ehtiva edir və bu da istifadəçilərin ağciyər xərçəngi və digər tənəffüs yolları xəstəlikləri risklərini böyük ölçüdə artırır.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Dünya 23:09
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
Dünya 22:28
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
Dünya 21:10
İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
Meloni Fars körfəzi ölkələrinə səfər edib
Dünya 19:45
Meloni Fars körfəzi ölkələrinə səfər edib
Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Dünya 19:00
Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Putin və Ərdoğan Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Dünya 18:39
Putin və Ərdoğan Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər

Tramp: Hörmüz boğazını asanlıqla aça bilərik
Dünya 17:32
Tramp: Hörmüz boğazını asanlıqla aça bilərik
Ermənistanda 16 yaşadək uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırıla bilər
Dünya 14:12
Ermənistanda 16 yaşadək uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırıla bilər

Zelenski: Rusiya "Pasxa atəşkəsi"nə hazır deyil
Dünya 13:40
Zelenski: Rusiya "Pasxa atəşkəsi"nə hazır deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol