• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Prezidentdən hərb mesajı

Prezidentdən hərb mesajı
07.07.2014 17:48

"Ermənistanın mövqeyi məsələnin hərbi yolla həllini istisna etmir"

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak edib. Müşavirəni açan xarici işlər naziri Elmar Məmmədyarov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyasının Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə region və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələndiyini bildirib.

Nazir diplomatik xidmət orqanları rəhbərlərinin son müşavirəsindən keçən müddətdə Xarici İşlər Nazirliyi sisteminin fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Xarici işlər naziri vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin prioritet məsələsi olaraq qalmaqdadır. Nazir əminliklə bildirib ki, dövlətimizin milli maraqlarının təmin olunması məqsədini güdən xarici siyasət kursunun həyata keçirilməsi ilə əlaqədar verilən tapşırıqların icrasının layiqincə təmin edilməsi üçün diplomatik xidmət orqanlarının əməkdaşları səy və bacarıqlarını əsirgəməyəcəklər.

Prezident İlham Əliyev müşavirədə nitq söyləyib.

Dövlət başçısı Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini deyib. Bildirilib ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə xarici arenada öz sözümüzü deməyə, maraqlarımızı müdafiə etməyə imkanlar açıb. Prezident bu siyasətin beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılandığını, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artığını, Azərbaycanın özünü dünyada etibarlı dost və tərəfdaş kimi təsdiq etdiyini vurğulayıb. Gənc müstəqil dövlət üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizi tarixi hadisə adlandıran dövlət başçısı bildirib ki, bu, ölkəmizin qısa müddətdə nə qədər böyük yol keçdiyini göstərib. Azərbaycan iki il ərzində bu nüfuzlu təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə etdi və bundan sonra da hər zaman müdafiə edəcək. Beynəlxalq imicimizin çox müsbət olduğunu qeyd edən prezident İlham Əliyev diplomatik orqanların uğurlu fəaliyyətinin bu amildə rolunu qeyd edib.

Xarici siyasətlə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu bildirən prezident İlham Əliyev təəssüflə qeyd edib ki, bu istiqamətdə nəticələr yoxdur. Dövlət başçısı Azərbaycanın məsələni dinc yolla həll etmək istəyini bildirib və qeyd edib ki, bununla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyi, eləcə də beynəlxalq hüququn işləməməsi və güc amilinin əsas rol oynaması məsələnin hərbi yolla həllini istisna etmir. Azərbaycan Prezidenti bu səbəbdən də ordu quruculuğumuzla bağlı aparılan ardıcıl siyasətimizin düzgün olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, diplomatların fəaliyyəti ilk növbədə Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcək.

Xarici siyasətimizlə bağlı əsas istiqamətlərdən danışarkən prezident İlham Əliyev Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, həmin ölkələrlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini deyib. Daim axtarışda olub yeni əməkdaşlıq formaları barədə fikirləşməyin vacibliyini qeyd edən prezident İlham Əliyev müsəlman ölkələri ilə əlaqələrdən danışıb və qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir.

Avropa ölkələrinin ənənəvi tərəfdaşlarımız olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanların olduğunu söyləyib, Asiya dövlətləri ilə də əməkdaşlığın son illərdə sürətlə inkişaf etdiyini bildirib.

Dövlət başçısı beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışıb, diaspor təşkilatları ilə səfirliklərimizin birgə fəaliyyətinin önəmini qeyd edib. Prezident İlham Əliyev, həmçinin enerji diplomatiyasındakı uğurlara diqqəti cəlb edib, bu imkanların xarici siyasətimizə müsbət təsir göstərdiyini deyib. Bildirib ki, ölkəmizin bütün istiqamətlərdə düşünülmüş konseptual yanaşmaya söykənən siyasəti var və uğurlarımız buna əsaslanır.

Azərbaycan prezidenti diplomatlara fəaliyyətlərində yeni uğurlar arzulayıb

Sonda xatirə şəkli çəkdirilib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
Siyasət 15:59
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Siyasət 10:09
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Siyasət 18:30
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Siyasət 17:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol