• $ 1.7
  • € 2.013
  • ₽ 0.022112
  • ₺ 0.0389
  • £ 2.314

ABŞ hərbçilərini Almaniyadan geri qaytarır

ABŞ hərbçilərini Almaniyadan geri qaytarır
29.07.2020 18:43
ABŞ hökuməti Almaniyadan hərbi qüvvələrini geri çəkmək barədə prezident Donald Trampın tələbinə uyğun olaraq, bu ölkədəki 6 400-dək hərbçisini geri qayıtmağı, 5 400 nəfərə yaxın hərbçisini isə Avropanın başqa ölkələrinə köçürməyi nəzərdə tutur.

Anews.az AP-yə istinadən xəbər verir ki, bu barədə Pentaqondan bildiriblər.

Sözügedən addımın xeyli dərəcədə müdafiə məqsədlərinə məqbul vəsaitləri yönəltməkdə prezident D.Trampın düçar olduğu uğursuzluqla bağlı olduğu bildirilir.
Bütövlükdə Almaniyada 25 minədək ABŞ hərbçisinin qalmasını nəzərdə tutan plana görə, qalanları hazırda amerikalı hərbi qüvvələrinin mövcud olduğu ölkələrə, o cümlədən Polşaya yerləşdirilməlidir. Belə ki, həmin ölkənin prezidenti Andjey Duda tərəfindən belə bir istək xeyli vaxtdır dilə gətirilir.

Bununla belə D.Trampın rəhbəri olduğu Respublikaçılar Partiyasında bir çoxları Almaniyadan qoşunların çıxarılmasını Rusiyaya hədiyyə və milli mənafeyə təhlükə olaraq görürlər. Nümayəndələr Palatası Hərbi xidmətlər komitəsinin 22 respublikaçı üzvü prezident D.Trampa məktub göndərərək Avropadakı hərbi qüvvələrinin azaldılması nəticəsində Rusiyanın təcavüzkarlığını təşviq edəcəyini vurğulayıblar.

Hazırda ABŞ-ın Almaniyada 47 minədək hərbçisi və hərbi hissələrdə mülki işçisi var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Qəzzada ölənlərin sayı açıqlanıb
Dünya 17:25
Qəzzada ölənlərin sayı açıqlanıb
Ermənistanda Çikunqunya qızdırması halı qeydə alınıb
Dünya 13:28
Ermənistanda Çikunqunya qızdırması halı qeydə alınıb
Kreml Telegram kanalının idarəsində problem görmür - Peskov
Dünya 10:23
Kreml Telegram kanalının idarəsində problem görmür - Peskov
Rusiya olmadan Ermənistanın dəmir yolu sistemi “bir anda çökə bilər” -Şoyqu
İqtisadiyyat 09:56
Rusiya olmadan Ermənistanın dəmir yolu sistemi “bir anda çökə bilər” -Şoyqu
Vaşinqton İrana zərbə variantını müzakirə edir – qərar hələ verilməyib
Dünya 09:49
Vaşinqton İrana zərbə variantını müzakirə edir – qərar hələ verilməyib
Tramp bu tarixdə Konqresdə çıxış edəcək
Dünya 23:06
Tramp bu tarixdə Konqresdə çıxış edəcək
Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək
Dünya 18:05
Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək
Yerevanda atışma: bir nəfər ölüb, bir neçə yaralı var
Dünya 17:40
Yerevanda atışma: bir nəfər ölüb, bir neçə yaralı var
Bolqarıstanda növbədənkənar parlament seçkiləri aprelin 19-da keçiriləcək
Dünya 15:04
Bolqarıstanda növbədənkənar parlament seçkiləri aprelin 19-da keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol