Ağdaşda qəza - Ölən və yaralanan var + Foto
![Ağdaşda qəza - Ölən və yaralanan var + Foto Ağdaşda qəza - Ölən və yaralanan var + Foto](https://anews.az/photo/850x500/2020-07/1596132060_qeza42252.jpg)
Ağdaşda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb.
Belə ki, Ağdaş sakini, 1959-cu il təvəllüdlü Qafarov Üzeyir Tahir oğlu idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olan zaman Göyçay rayon sakini Siyavuş Qafurovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə "Hyundai"ın sürücüsü S.Qafurov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin - Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib isə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
![](https://anews.az/file/articles/2020-07/1596132043_img_20200730_204722.jpg)
www.anews.az

Faktla bağlı araşdırma aparılır.