• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Hulusi Akar: "Təlimlər planlıdır, bəziləri yanlış mənalar yükləyir..."

Hulusi Akar:
31.07.2020 14:32
"Azərbaycan türkü bizim can qardaşımızdır. Onlar bizim canımızdır, dostumuzdur, onların taleyini və acısını paylaşır, bu hücumu nifrətlə qınayırıq. Hücum zamanı şəhid olanlara Allahdan rəhmət diləyirik".


Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanda birgə keçirilən təlimlər və bir müddət öncə Tovuzda düşmənin təxribatları ilə bağlı açıqlama verərkən deyib. Nazir təlimlərin planlı şəkildə icra edildiyini və bəzilərinin buna yanlış mənalar yüklədiyini bildirib:


"Hazırda bizim orda illik planlı təlimlərimiz gedir. Quru və hava qüvvələrindən olan hərbçilərimiz Azərbaycanda qardaşlarımızla birlikdə geniş, iki ölkənin silahlı qüvvələri üçün də xeyirli işlər aparırlar. Biz hər zaman olduğu kimi Azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olmağa davam edəcəyik. Azərbaycanın güclənməsi üçün edilməsi lazım olan nə varsa bu günə qədər etdik, imkanlarımızı bu istiqamətdə istifadə etdik, bundan sonra da istifadə etməyə davam edəcəyik. Hazırda davam etməkdə olan "TurAz qartalı" təlimi ilə Türkiyə-Azərbaycan atışlı müştərək təlimimiz var. Bunlar hamısı planlı təlimlərdir. Bəziləri başqa mənalar yükləyirlər. Planlı təlimlər edərək ordakı tədris fəaliyyətimizi aparırdıq və buna da davam edəcəyik. Hazırda da fəaliyyət uğurla davam etdirilir".


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol