Gürcüstan parlamentində bu 2 azərbaycanlı deputatı fəallıq göstərib

Ötən il Gürcüstan parlamentində təmsil olunan iki azərbaycanlı deputat – Ruslan Hacıyev və Mahir Dərziyev çıxışetmə hüququndan istifadə etməyib.
Anews.az xəbər verir ki, bu barədə "Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının qanunverici orqanın 2019-cu il üzrə fəaliyyətinə dair hesabatında bildirilib.
Digər azərbaycanlı deputatlar - Azər Süleymanov 3, Savalan Mirzəyev isə 5 dəfə çıxış edib.
Sənədə əsasən, R.Hacıyev qanunverici orqanın plenar iclaslarını əsassız səbəblərə görə ən çox buraxan deputatların ilk üçlüyünə daxil olub.
Ötən il azərbaycanlı deputatlar ayrılıqda qanunvericilik təşəbbüsləri təqdim etməyiblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər