• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Bakı sakininə xəsarət yetirən şəxs tutulub

Bakı sakininə xəsarət yetirən şəxs tutulub
06.08.2020 19:30
Avqustun 4-də saat 23 radələrində Bakı şəhəri, Yasamal rayon sakini 1970-ci il təvəllüdlü Əli Cəfərovun baş nahiyəsinə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan "Report"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1995-ci il təvəllüdlü İbrahim Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Əli Cəfərova Yasamal rayonu ərazisində sonuncunun baş nahiyəsinə bıçaq zərbəsi vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İbrahim Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hacıqabulda erkən nikahın qarşısı alınıb
Cəmiyyət 23:21
Hacıqabulda erkən nikahın qarşısı alınıb
Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Cəmiyyət 21:30
Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 18:03
Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:57
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Cəmiyyət 16:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Hava ilə bağlı - Xəbərdarlıq
Cəmiyyət 15:29
Hava ilə bağlı - Xəbərdarlıq
Xaçmazda Samur-Abşeron su kanalında 1 nəfər batıb
Cəmiyyət 14:13
Xaçmazda Samur-Abşeron su kanalında 1 nəfər batıb
Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var
Cəmiyyət 14:00
Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var
Cəlilabadda maşınlar toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 13:15
Cəlilabadda maşınlar toqquşub - Xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol