• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

AQTA daha 103 obyektdə pozuntular aşkarlayıb

AQTA daha 103 obyektdə pozuntular aşkarlayıb
07.08.2020 23:00
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan "Report"a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən avqustun 6-sı Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 62 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 241 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 103-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır. 
Bakı şəhəri üzrə:

"Hermes”, "VİP”, "Bərəkət”, "Vüqar”, "Kübar”, "Praqa”, "Super”, "Dondurma” marketlər, Hüseynov Nazim Ayaz oğluna və Əsgərov Əsgər Bahadur oğluna məxsus ərzaq mağazaları 

Digər şəhər və rayonlar üzrə:

Xaçmaz rayonunda Ağayev Rifaq Sabir oğluna, Hüseynov Ramin Şəfayət oğluna məxsus ət satışı mağazaları (fəaliyyətləri məhdudlaşdırılmışdır), "Bərəkətli” market

Qusar rayonunda "444”, "Xutorok”, "Xıdır”, "Şahnabat” restoranları, Axundlu Səxavət Vahid oğluna, Balakişiyev İmran Muxtar oğluna, Nəsruyev Vladik Ramaldin oğluna, Vəlimətova Təhminə Hüseynbala qızına məxsus kafelər

Şamaxı rayonunda Adıgözəlov Araz Seyid oğluna, Məmmədov Sadıq Zayıd oğluna, Quliyeva Nubar Bayram qızına, Məmmədov Sabir Balaş oğluna məxsus marketlər, Qarayev Rauf Ənvər oğluna məxsus yeməkxana, Həsənov Vüsət Nəriman oğluna məxsus kafe
Ağsu rayonunda Abdullayev Adil Məhəmməd oğluna məxsus ət satışı mağazası, Həsənov Anar Əli oğluna və Valehli İlkin Mahir oğluna məxsus kafelər, Məmmədova Aynur Əflatun qızına, Nuriyev Teyyub Rufulla oğluna məxsus ərzaq mağazaları

İsmayıllı rayonunda Əsgərli Vasif Nemət oğluna məxsus kafe, Alızadə Toğrul Vüqar oğluna, Bəşirov Asif Baba oğluna, Şirinova Aynur İslam qızına, Şalbızov Azad Nəriman oğluna, Səlimov Kamran Mustafa oğluna, Qurbanova Lətifə Əli qızına məxsus marketlər
 
Göyçay rayonunda İsmayılov Tərlan Cavid oğluna, Məmmədrəhimov Rahim Səlim oğluna, Məmmədrəhimov Arif Səlim oğluna, Əhmədov Elmir Məhəmmədzahir oğluna, Cəbiyev Tələt Neyman oğluna, Adıgözəlov Şahin İsrayıl oğluna, Məmmədov İlham Qurban oğluna, İsmayılov Elnur Cavid oğluna, Məmmədov Elşən Nusrət oğluna, Vəlixanov Azad Feyzulla oğluna, Hüseynov Orxan Nəsib oğluna, Kazımov Cəlal Yaşadur oğluna, Verdiyev Hüseyn Nurməmməd oğluna, Cəfərov Ariz Nəcəf oğluna, Səmədov Qara Nəbi oğluna, Cəfərov Araz Nəcəf oğluna məxsus ət satışı mağazaları
Kürdəmir rayonunda Sədiyev Əfqan Abdulla oğluna və Xəlilov İsa Sədi oğluna məxsus kafelər, Kərimov Nicat Müsübət oğluna məxsus market
Şirvan şəhərində Qurbanov Rövşən Məcid oğluna, Abdullayev Vüqar Vahid oğluna, İsmayılov Fikrət Əliqulu oğluna məxsus kafelər
Sabirabad rayonunda Ələkbərov Vüqar Ələkbər oğluna, Cəfərov Miryaqub Yaqub oğluna, Xəlilov Namik Gülağa oğluna və Zeynalov Aqşin Hafis oğluna məxsus kafelər

Yardımlı rayonunda Həsənov Rəvan Əlövsət oğluna məxsus market

Lənkəran şəhərində Həsənzadə Mirəziz Qulu oğluna, Qurbanov Zaur Asif oğluna, Əliyev Tapdıq İsmayıl oğluna, Miriyev Faraqat Damad oğluna, Hüseynov Namiq Zakir oğluna məxsus kafelər
Yevlax rayonunda "Dalğa”, "Uğur”, Əlizadə Tural Cümşüd oğluna məxsus kafelər, "Gülnar”, "Uğur”, "Araz Oscar” marketlər, Rəsulov Saleh Qeysər oğluna, İmanov Şəmsəddin Musa oğluna məxsus ərzaq mağazaları
Gəncə şəhərində "Elnur”, "Nəvəmin”, "Bizim”, "Ayxan”, "SN”, "Nəzrin”, "Makro”, "Ümüd”, "Rza”, "Elcan” marketlər, Qasımov Daşqın Məhərrəm oğluna, Cəfərov İkram Nadir oğluna, Hüseynov Şəqayət Vilayət oğluna, Məmmədov Nihad Azər oğluna, Məmmədova Firuzə İsa qızına, Məmmədova Bəynaz Həsənqulu qızına, Tağıyev Etibar Sabir oğluna məxsus ərzaq mağazaları
Qazax rayonunda "Qərb qapısı”, "Buta”, "Sərin göl” kafeləri
Ağstafa rayonunda "Limon”, "Samovar”, "Sərinlik”, "Karvan” kafeləri
Qeyd edilib ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Cəmiyyət 15:44
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Müəllimlərin yerdəyişməsi üzrə elektron müraciətlərin qəbulu tarixləri açıqlanıb
Cəmiyyət 15:21
Müəllimlərin yerdəyişməsi üzrə elektron müraciətlərin qəbulu tarixləri açıqlanıb
Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Cəmiyyət 14:50
Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Bozdağ-Güzdək vulkanı püskürüb
Cəmiyyət 14:10
Bozdağ-Güzdək vulkanı püskürüb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:22
Sabahın hava proqnozu açıqlanıb
Naxçıvanın sabiq iqtisadiyyat naziri yeni vəzifəyə təyin olunub
Cəmiyyət 13:13
Naxçıvanın sabiq iqtisadiyyat naziri yeni vəzifəyə təyin olunub
Bəzi işlərə qəbulda narkoloji rəy tələb olunacaq
Cəmiyyət 12:58
Bəzi işlərə qəbulda narkoloji rəy tələb olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol