• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı

DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
10.08.2020 11:34
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avqustun 8-də Bakı Hərbi Məhkəməsi Ə.Nağıyev barəsindəki həbs qətimkan tədbiri qərarını dəyişərək onu ev dustaqlığı ilə əvəz edib. Ə.Nağıyev hazırda evində istintaqın nəzarəti altındadır.

Qeyd edək ki, mayın 16-da Bakı Hərbi Məhkəməsi Əfqan Nağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

Rəsmi açıqlamaya görə, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıblar.
 
İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol