• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib

18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib
11.08.2020 08:50
Lider mobil operator LTE üzərində çalışan baza stansiyalarının sayını sürətlə artırır    n
 
Anews.az xəbər verir ki,iri həcmli məlumatların sürətlə ötürülməsi və yüklənilməsinə ehtiyac olduğu, cəmiyyətin əksər hissəsinin onlayn iş və təhsil rejiminə keçdiyi bir zamanda keyfiyyətli mobil internet xidmətlərinə tələbatın artması qaçılmazdır. İstifadəçilərinin gündəlik rabitə ehtiyaclarını operativ şəkildə qarşılamağa istiqamətlənən ölkənin lider mobil operatoru "Azercell Telekom” öz şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması üçün bütün texniki tədbirləri həyata keçirir. Belə ki, şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində Azercell-in təqdim etdiyi LTE xidmətində əhəmiyyətli irəliləyişlər olmuşdur.  2019-cu ilin əvvəlindən həyata keçirilən LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsi nəticəsində bu texnologiya üzərindən çalışan ümumi Radio Baza Stansiyalarının (RBS) sayı 902-dən 2524-ə yüksəlmiş, təkcə 2020-ci ilin ilk yarısında isə daha 845 vahiddə stansiya istifadəyə verilmişdir.  Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilmiş və coğrafi əhatə dairəsi 9%-dən 68%-ə, əhali əhatəsi isə 31%-dən 85%-ə qədər yüksəlmişdir. Hal-hazırda Azercell internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi işlər aparır. Bunun üçün LTE spektrinin zolağının genişləndirilməsi və Bakıda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilir. Həmçinin, abunəçilər üçün son dərəcə əhəmiyyəli olan Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndiriıməsi tam sürətlə davam edir. Layihə çərçivəsində 6 adda metro stansiyada artiq işlər yekunlaşmışdır. Əlavə olaraq metro stansiyalarda LTE-Daşıyıcı Birləşdirmə sistemi də aktiv edilmişdir ki, bu da öz növbəsində LTE şəbəkəsindən istifadə edən abunəçilərin daha yüksək sürət əldə etmələrini təmin edəcəkdir.
 
Bir daha xatırlatmaq yerinə düşər ki, "Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un apardığı bençmarkinq araşdırmaları isə, LTE şəbəkəsinin sürətinə görə Azercell-in "Öz sinfində” ("Best in class”) ən yaxşı operatorlardan biri olduğunu nümayiş etdirib.   


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Reklam 16:28
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq  görülüb
Reklam 13:05
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol