• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

Ağ Evdə həyəcanlı anlar yaşanır - Bir nəfər vurulub

Ağ Evdə həyəcanlı anlar yaşanır - Bir nəfər vurulub
11.08.2020 10:50
ABŞ Prezidenti Donald Tramp avqustun 11-də mətbuat konfransı keçirərkən anidən proqramı dayandıran təhlükəsizlik qrupu tərəfindən salondan çıxarılıb.
Anews.az "Hürriyet”ə istinadən xəbər verir ki, hadisə zamanı salondakı müxbirlərin çölə çıxmasına icazə verilməyib. Bir neçə dəqiqə sonra isə Tramp geri qayıdıb və Ağ Evin binası yaxınlığında bir nəfərin vurulduğunu açıqlayıb. O, təhlükəsizlik qüvvələri tərəfindən vurulan şübhəlinin silahlı olduğunu və xəstəxanaya aparıldığını bildirib.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ilə bağlı dəqiq məlumatı olmadığını bildirən Tramp Gizli Təhlükəsizlik Xidmətinin hadisə ilə bağlı ətraflı açıqlama verəcəyini qeyd edib. O, özünü Ağ Evdə təhlükəsizlikdə hiss etdiyini və hər kəsə təşəkkürünü bildirdikdən sonra gündəmi qiymətləndirməyə davam edib.

Şübhəlinin Ağ Evə nə qədər yaxın olduğunu bilmədiyini söyləyən Tramp, salondan çıxarıldıqdan sonra bunkerə deyil, Oval Ofisə aparıldığını bildirib.

"Dünyanın hər zaman belə təhlükəli bir yer olması çox təəssüf doğurucudur. Düşünürəm ki, bu, bir müddət də belə davam edəcək” ,- deyə Amerika lideri qeyd edib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
Dünya 14:05
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Dünya 13:15
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Dünya 08:36
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Rusiya bu əraziyə fosfor bombaları atıb  - VİDEO
Dünya 08:20
Rusiya bu əraziyə fosfor bombaları atıb - VİDEO
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Dünya 21:21
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Dünya 17:39
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Zelenskinin yaralı qız ilə dialoqu -
Dünya 12:03
Zelenskinin yaralı qız ilə dialoqu - "Biz "Tik-tok"u işğal etmişik" - VİDEO
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Dünya 16:36
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Hansı şirkətlər Rusiyadan gedib?
Dünya 23:47
Hansı şirkətlər Rusiyadan gedib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol