• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Azərbaycan Beynəlxalq Bankı FICOSiron® proqramının tətbiqini başa çatdırdı

Azərbaycan Beynəlxalq Bankı FICOSiron® proqramının   tətbiqini başa çatdırdı
11.08.2020 11:35
Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daha bir qabaqcıl yeniliyə imza atıb. Bank bu sahədə kompleks yanaşma imkanı verən FICOSiron® proqram təminatının tətbiqini başa çatdırıb. Bu proqram bir neçə modulu özündə birləşdirir və nəzarət orqanlarının, müxbir bankların tələblərinə tam uyğundur. Sistemə uğurla inteqrasiya nəticəsində müştəri hesablarının monitorinqi, köçürmələrin və ödənişlərin yoxlanılması, habelə müştəri risklərinin qiymətləndirilməsi proseslərinin real vaxt rejimində həyata keçirilməsi maksimum avtomatlaşdırılıb. 

Anews.az-ın məlumatına görə,əməliyyatları həyata keçirən bank əməkdaşları qərarların real vaxt rejimində qəbulu üçün sistemin komponentlərinə çıxış imkanlarına malikdirlər. Belə bir sistemin köməyi ilə əvvəllər aparılmış əməliyyatları da təhlil etmək mümkündür. FICO bazasında həllər sayəsində komplayns riskləri minimallaşdırılır və inzibatçının bu sahə üzrə normativ tələbləri tam yerinə yetirilir.

Komplayns proseslərinin avtomatlaşdırılması layihəsinə Azərbaycan Beynəlxalq Bankı hələ 2019-cu ildən start verib. Bankda Siron® həllərinin tətbiqi FICO-nun partnyoru olan RDTEX şirkətinin dəstəyi ilə yerinə yetirilib.

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov bildirib: "Maliyyə cinayətlərinə qarşı mübarizə geniş xarici müxbir şəbəkəsinə malik aparıcı bank kimi Azərbaycan Beynəlxalq Bankı üçün çox önəmlidir. FICO Siron® proqram təminatının tətbiqi  banka bununla bağlı daxili və beynəlxalq qanunvericiliyin tələblərinə yüksək səviyyədə riayət etməyə, riskləri minimallaşdırmağa, bu sahədə xərcləri optimallaşdırmağa kömək göstərəcək. Bununla Azərbaycan Beynəlxalq Bankının rəqabət mövqeyi daha da güclənmiş olacaq. Bankımız üçün belə effektiv həlləri təmin edən tərəfdaşlarımız FICO TONBELLER və RDTEX şirkətlərinə təşəkkürümüzü bildiririk”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Reklam 16:28
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq  görülüb
Reklam 13:05
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol