• $
  • £

“AccessBank” pandemiyadan əziyyət çəkən sahibkarlara dəstək olacaq

“AccessBank” pandemiyadan əziyyət çəkən sahibkarlara dəstək olacaq
11.08.2020 12:40
"AccessBank” İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma imzalayıb. 
 
Anews.az xəbər verir ki, razılaşmaya əsasən, müştərilərə 2 məhsul üzrə dəstək göstəriləcək. 

Yeni məhsullardan Covid-19 pandemiyası səbəbindən biznesində və biznes kreditlərinin ödənilməsində çətinlik yaşayan sahibkarlar yararlana biləcək.
Məhsullardan Bankın həm cari, həm də yeni müştəriləri istifadə edə biləcək.

"AccessBank”ın Mikro və Aqro müştərilərlə iş üzrə Departamentinin rəhbəri Arzu Qurbanova yeni razılaşmanın sahibkarlarlığa çətin anda dəstək olmaqla yanaşı, post-pandemiya dönəmində sahibkarlara bizneslərini davam etdirmələri üçün yeni stimul verəcəyinə əmindir:”Ölkəmizdə mikro və makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı xüsusi proqramlar icra olunur. Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, "AccessBank” sahibkarlıqla bağlı dövlət proqramlarının əsas dəstəkçisi və iştirakçısıdır. Sahibkarlığın İnkişafı Fondu ilə imzalanmış yeni razılaşma əsasında, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən müştərilərimizə, həmçinin Bankın verdiyi kreditlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən yeni müştərilərə yardım etməyə hazırıq.”

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilib. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bazarstore”da Ramazan endirimləri başladı
Cəmiyyət 10:04
Bazarstore”da Ramazan endirimləri başladı
Doğuş Teknoloji Agentic AI Vizyonunu Qlobal UiPath FUSION Turunun Bakı Tədbirinə Daşıdı
Reklam 15:20
Doğuş Teknoloji Agentic AI Vizyonunu Qlobal UiPath FUSION Turunun Bakı Tədbirinə Daşıdı
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol