• $
  • £

Otellər bu qaydalarla işləyəcək - Sauna, hovuz və fitnes xidmətləri də olacaq- VIDEO

Otellər bu qaydalarla işləyəcək - Sauna, hovuz və fitnes xidmətləri də olacaq- VIDEO
13.08.2020 13:36
Otellər bundan sonra yeni qaydalarla işləyəcək.

Anews.az xəbər verir ki, bu barədə AZTV-də xüsusi süjet hazırlanıb. Nazirlər Kabineti otellərin yeni fəaliyyət qaydasını təsdiqləyib.

Yeni qaydalara görə, mehmanxanaya daxil olan qonağın hərarəti ölçüləcək. Bununla yanaşı, otelə əvvəlcədən yer rezerv edən və işgüzar məqsədlə gələnlər buraxılacaq. Yalnız bu şəxslərə mehmanxananın daxilindəki ictimai iaşə zonalarından, əyləncə, idman və istirahət məkanlarından istifadəyə icazə veriləcək.
Qaydalara əsasən, otelin işçiləri hər həftə COVİD-19 testindən keçməlidirlər. Xəstəlik ehtimalı olduqda isə test dərhal keçiriləcək.
80-dən artıq yeri olan otellərdə nəzarət qrupu yaradılacaq. Digərlərində isə operativ məsul şəxs təyin ediləcək.

Otellərin hər tərəfində dezinfeksiya ləvazimatları yerləşdiriləcək.

Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov bildirib ki, otellərdə həmçinin fitnes və hovuzlar da olacaq.

"Otellərdə fitnes, sauna, hovuz, hamam, spa, konfrans və s. xidmətlər leqal fəaliyyət göstərəcək. Müəyyən qaydalar çərçivəsində onlar bu xidmətləri təşkil etməli olacaqlar”, - deyə qurum rəsmisi bildirib.

Onlardan ödənişsiz istifadə ediləcək. Təması azaltmaq üçün qonaqlarla işçilərin e-mail, telefon və digər vasitələrlə ünsiyyətinə üstünlük veriləcək.
Ödənişlərə gəlincə, ödəmədə üstünlük nağdsız şəkilə veriləcək. Terminalların isə hər əməliyyatdan sonra dezinfeksiyası təmin ediləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Salyanda dörd otaqlı ev yanıb
Cəmiyyət 23:37
Salyanda dörd otaqlı ev yanıb
Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər
Cəmiyyət 21:33
Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər
Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Cəmiyyət 21:19
Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb
Cəmiyyət 20:10
Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:58
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Cəmiyyət 19:31
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Cəmiyyət 18:23
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib
Cəmiyyət 18:07
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib

Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Cəmiyyət 17:53
Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol