• $ 1.7
  • € 1.9122
  • ₽ 0.02128
  • ₺ 0.0435
  • £ 2.2849

Səkkiz fəndən “iki” alan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Səkkiz fəndən “iki” alan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
27.08.2020 11:38
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəbdən şikayət var.

Bu barədə həmin məktəbdə oxuyan 2005-ci il təvəllüdlü Əlizadə Niyaz Eldəniz oğlunun valideyni sosial şəbəkədə paylaşım edib.
Valideyn iddia edir ki, övladının oxuduğu məktəbin rəhbərliyi şagirdə attestat vermək üçün 1000 manat pul tələb edib. 

Tələb edilən pul verilmədiyi üçün şagirdin attestatına içərisində əsas fənlər olmaqla, səkkiz fəndən (Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Xarici dil, Azərbaycan tarixi, Ümumi tarix, Fiziki tərbiyə, Təsviri incəsənət) "2” yazılıb. 

Anews.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əlizadə Niyaz Eldəniz oğlunun valideyni tərəfindən irəli sürülən iddialar araşdırılıb: "Bakı şəhəri 280 nömrəli tam orta məktəbin 2019-2020-ci tədris ilində IX sinfi bitirən Əlizadə Niyaz Eldəniz oğlunun ümumi orta təhsil haqqında attestatındakı səkkiz fəndən (Azərbaycan dili, ədəbiyyat, rus dili, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fiziki tərbiyə, təsviri incəsənət)  "2” (iki) qiymət alması ilə bağlı məsələ tərəfimizdən araşdırıldı. Araşdırma zamanı N.Əlizadənin 2019-2020-ci tədris ilində təhsil aldığı IX "B” sinfinin jurnalına baxış keçirildi. Məlum oldu ki, onun birinci yarımil üzrə yuxarıda qeyd edilən fənlərdən qiymətləri 2 (iki) olub, mövcud vəziyyətlə əlaqədar olaraq Təhsil Nazirliyinin 22.05.2020-ci il tarixli 02-14-441/13 və 02.06.2020-ci il tarixli 1741-01/06 nömrəli təlimatı məktublarına əsasən, həmin qiymətlər illik qiymətlər kimi yazılıb və qeyd edilən fənlərdən onun yekun attestata yazılacaq qiymətləri də "2” (iki) çıxıb”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Cəmiyyət 22:09
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Füzuli Hüseynova töhmət verilib
Cəmiyyət 22:00
Füzuli Hüseynova töhmət verilib
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Cəmiyyət 21:55
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib
Cəmiyyət 20:26
Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib
Bakıda daha 3 narkokuryer saxlanılıb - Video
Cəmiyyət 19:17
Bakıda daha 3 narkokuryer saxlanılıb - Video
Təyyarədə tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb
Cəmiyyət 18:53
Təyyarədə tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb
Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var
Cəmiyyət 18:20
Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var
Fətəli xan Xoyski küçəsində 4 hərəkət zolağı olacaq
Cəmiyyət 18:05
Fətəli xan Xoyski küçəsində 4 hərəkət zolağı olacaq
Azərbaycanda icra olunmayan 1 milyon 200 min qərar var - Zahid Oruc
Cəmiyyət 17:27
Azərbaycanda icra olunmayan 1 milyon 200 min qərar var - Zahid Oruc
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol