• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

“Lotu Quli”nin qətlindən yeni görüntülər: Qatil necə qaçır, onu kim qovur? – VİDEO

“Lotu Quli”nin qətlindən yeni görüntülər: Qatil necə qaçır, onu kim qovur? – VİDEO
31.08.2020 21:11
Türk polisi kriminal avtoritet Nadir Səlifovun ("Lotu Quli”) qətlinin detallarına  aydınlıq gətirə biləcək yeni video görüntülər yayımlayıb.

Azərbaycanlı "qanuni oğru” Nadir Səlifov avqustun 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından iki güllə ilə vurularaq öldürülüb. N. Səlifovun qatili də Azərbaycandan olan kriminal avtoritet, "Xan Əhmədlinski” ləqəbi ilə tanınan Xəqan Zeynalovdur.
 

 
İctimaiyyət üçün yayımlanan videolardan biri 19 avqust saat 16:48-də (qətldən bir neçə saat əvvəl – red.) otelin spa zonasının girişindəki müşahidə kamerasında qeydə alınıb. Kadrlarda "Lotu Quli”nin üç mühafizəçinin əhatəsində qəhvəyi mərmərlə bəzədilmiş dəhlizdən keçdiyi əks olunur. "Qanuni oğru”nun əynində mavi rəngdə şort və ağ köynək olub.


Digər iki video 20 avqust gecəyarısı lentə alınıb. Kadrlarda "qanuni oğru”nu qətlə yetirdikdən sonra Xəqan Zeynalovun dəhlizdə necə qaçdığı və "Lotu Quli”nin cangüdəninin əlində iki tapança ilə onun ardınca getdiyi görüntülənib. Videolara diqqətlə baxsanız, qətl günü Xəqan Zeynalovun uzun saçlı olduğunu görə bilərsiniz.
 

 

Otelin daxili hissəsinin ətraflı təsviri, "Lotu Quli”nin geyimi, Xəqan Zeynalovun saç düzümü burada təsadüfən verilməyib. Məsələ burasındadır ki, "Lotu Quli”nin qətlindən bir neçə saat sonra sosial şəbəkələrdə qatil Xəqan Zeynalovun "qanuni oğru”nu izlədiyinə dair video yayılmışdı. Video "Lotu Quli” və Xəqan Zeynalovun otel dəhlizində getdikləri yerdə lentə alınıb. Bu kadrlarda "Lotu Quli” qara "Nike” köynək və ağ şortda, Xəqan Zeynalov isə daha qısa saç düzümündədir.


O vaxt bir çox media orqanları bu videonu Xəqani Zeynalovun "Lotu Quli”nin qətlini sifariş edənlərə bir növ hesabatı kimi şərh etmişdilər. Yəni sanki qatil sifarişçilərə, bir neçə saatdan sonra hədəfə atəş açmağa hazır olduğunu və sadəcə siqnal gözlədiyini bildirir.


Lakin indi əminliklə demək olar ki, Xəqan Zeynalov bu videonu "Lotu Quli”nin qətlindən xeyli əvvəl və tamamilə başqa bir oteldə çəkib.


Türk polisinin yayımladığı yeni video görüntülər daha çox suallar doğurur. "Lotu Quli”nin qətlindən bir neçə saat sonra Xəqan Zeynalovun sensasiyalı videosunu kimlər yaymışdı? Əgər bunlar qətlin sifarişçiləri tərəfindən edilibsə, onda onlar  onu niyə məhz qətl gününün görüntüləri kimi təqdim ediblər? Onlar bunu qətlin izini ört-basdır etmək üçün edə bilərdilərmi? Və ya bəlkə qətli sifariş verənlər bununla Xəqan Zeynalovun hadisə yerindən ən qısa müddətdə qaçmasına kömək etmək istəyiblər, çünki video sosial şəbəkələrdə N.Səlifovun qətlindən dərhal sonra yayılıb?! Bu və bir çox digər sualların cavabını türk kriminoloqları verməlidirlər.


(virtualaz.org)


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Cəmiyyət 19:28
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb -  Videoreportaj
Cəmiyyət 23:23
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb - Videoreportaj
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Cəmiyyət 10:36
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Cəmiyyət 09:53
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Cəmiyyət 17:51
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Cəmiyyət 17:14
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Cəmiyyət 16:04
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol