Endirimli IBA Miles kartları ilə pulsuz səyahət et!
Müştərilərin bank xidmət və məhsullarından onlayn şəkildə
istifadə təcrübəsini inkişaf etdirmək üçün müxtəlif həllər düşünən Azərbaycan
Beynəlxalq Bankı bu məqsədlə yeni kampaniya elan edib. Bankın bazara yenicə təqdim
olunmuş IBA Miles kartlarını kampaniya müddətində onlayn sifariş verən müştərilər
bu kartları 30% endirimlə alacaqlar. Kampaniya sentyabrın 14-dək davam edəcək. IBA
Miles kartlarını buradan onlayn sifariş vermək olar.
IBA Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə
tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət
imkanlarından istifadə edə bilərlər. IBA Miles kartları müştəriyə hər ödənişdən
millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud
otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili
səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava
yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda
millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada
dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq
mümkündür. Sifariş edilmiş IBA Miles Premium kartlarını seçimindən asılı olaraq
Bank müştərinin ünvanına çatdırır. IBA Miles Premium kart sahibləri Chatbot
Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər
xidmətlərdən də yararlana bilərlər.
IBA Miles kartlarının şərtləri digər bankların eyni
məhsullarından daha sərfəlidir. Kartdan istifadə müddəti 3 ildir. Azərbaycan
Beynəlxalq Bankının ATM-lərində IBA Miles kartları ilə nağdlaşdırma zamanı heç
bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın
mobil tətbiqində mil balansını yoxlamaq olur. "QayğıCash proqramı” çərçivəsində
Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla
aparılmış hər ödəniş kəşbək faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox