• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Tofiq Yaqubluya hökm oxundu - VİDEO

Tofiq Yaqubluya hökm oxundu - VİDEO
03.09.2020 11:27
Müsavat partiyası və Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunub.

Anews.az-ın verdiyi xəbərə görə, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

T.Yaqublu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu  avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.

Tofiq Yaqublu ona qarşı irəli sürülən ittihamlarla razılaşmır. O, istintaqı ona qarşı saxta ittihamlar irəli sürməkdə və məhkəməni qeyri-obyektiv qərar çıxarmaqda ittiham edərək aclıq aksiyası keçirir.

Qeyd edək ki, işə sədrlik edən hakim N.Mehdiyev son günlər karantində nəvəsinə toy etməsi ilə gündəmə gələn AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ATƏT-in  DTİHB son parlament seçkilərini tənqid edib - VİDEO
Siyasət 17:32
ATƏT-in DTİHB son parlament seçkilərini tənqid edib - VİDEO
Müstəqil Azərbaycanın ilk prezidenti kim olub?- SORĞU
Siyasət 19:48
Müstəqil Azərbaycanın ilk prezidenti kim olub?- SORĞU
Azərbaycan insanının daha yaxşı yaşamağa haqqı var -Zahid Oruc-MÜSAHİBƏ+VİDEO
Siyasət 13:52
Azərbaycan insanının daha yaxşı yaşamağa haqqı var -Zahid Oruc-MÜSAHİBƏ+VİDEO
Siyasət 12:08
"Siyasi partiyalar haqqında" qanun qəbul olundu - VİDEO
İki Azərbaycan birləşə bilərmi? - VİDEO SORGU
Siyasət 18:22
İki Azərbaycan birləşə bilərmi? - VİDEO SORGU
Azərbaycan əsgərləri yaralanmış erməni əsgərinə kömək edir - VİDEO
Siyasət 21:41
Azərbaycan əsgərləri yaralanmış erməni əsgərinə kömək edir - VİDEO
Vətəndaşlar, müxalifət və digər partiyalar Rəsulzadə abidəsini ziyarət edir - CANLI YAYIM
Cəmiyyət 13:06
Vətəndaşlar, müxalifət və digər partiyalar Rəsulzadə abidəsini ziyarət edir - CANLI YAYIM
Rusiya-Ukrayna müharibəsinin altıncı günü- İCMAL-VİDEO
Cəmiyyət 19:01
Rusiya-Ukrayna müharibəsinin altıncı günü- İCMAL-VİDEO
Siyasət 02:10
"Bayraktar" Rusiya texnikasını Ukraynada BELƏ MƏHV EDİR - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol