• $
  • £

Unibank pandemiyadan zərər görən sahibkarlara dövlət dəstəyi ilə ilk güzəştli kredit verib

Unibank pandemiyadan zərər görən sahibkarlara dövlət dəstəyi ilə ilk güzəştli kredit verib
07.09.2020 17:20
Unibank pandemiyadan zərər görmüş sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun vəsait hesabına ilk güzəştli kredit ayırıb. Elektrotexnika satışı ilə məşğul olan şirkət sahibi güzəştli şərtlərlə verilmiş kredit faizinin cəmi 7,5%-ni özü ödəyəcək.

Anews.az xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasına uyğun olaraq, dövlət dəstəyi iki istiqamət üzrə ediləcək. Birinci güzəşt, pandemiyadan zərər çəkmiş biznes sahiblərinin mövcud kredit faizlərinin subsidiyalaşmasını nəzərdə tutur. Bu halda, mart ayından başlayaraq 1 il ərzində (2021-ci ilin martınadək)  kredit faiznin 10%-i həcmində subsidiya ödəniləcək. İkinci dəstək – pandemiyadan zərər çəkmiş biznes sahiblərinə güzəştli kreditlərin verilməsidir.
 
Şərtlərə görə, güzəştli kredit 3 il müddətinə və 15%-dən yuxarı olmayaraq ayrılır. Bu halda kredit faizlərinin 50%-ni dövlət güzəşt edir. Məsələn, bank sahibkara 15%-lə kredit verir və bu faizin yarısını- yəni 7,5%-ni dövlət ödəyir.

Pandemiyadan zərər çəkmiş biznes sahibləri dövlət zəmanəti və faiz subsidiyası ilə güzəştli kredit almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Elektron kredit platforması” üzərindən (E-edf.gov.az)  müvəkkil bank qismində "Unibank”ı seçməklə, müraciət
edə bilərlər.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də
"Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank-Biznesinizə daimi dəstək!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bazarstore”da Ramazan endirimləri başladı
Cəmiyyət 10:04
Bazarstore”da Ramazan endirimləri başladı
Doğuş Teknoloji Agentic AI Vizyonunu Qlobal UiPath FUSION Turunun Bakı Tədbirinə Daşıdı
Reklam 15:20
Doğuş Teknoloji Agentic AI Vizyonunu Qlobal UiPath FUSION Turunun Bakı Tədbirinə Daşıdı
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol