• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“Bakı” klubu dağılır

“Bakı” klubu dağılır
01.07.2014 13:20

“Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun ətrafında yaranan qalmaqal böyüyür.Üzləşdiyi maliyyə böhranını heç cür aradan qaldıra bilməyən Məmmədovun bütün layihələri iflasa uğrayır. Mətbuat Hafiz Məmmədovun prezidenti olduğu “Bakı”da 5 aydır ki, məvaciblərin verilmədiyini bildirir. Bunu komandanın futbolçuları da etiraf edirlər. Hətta 5 aydır məvacib ala bilməyən futbolçular bahalı maşınlarını da satmalı olublar.“Bakı” növbəti mövsümün hazırlıqlarına isə hələ də start verməyib. Azərbaycan premyer-liqasında çıxış edən klublar xaricdə təlim-məşq toplanışı keçdikləri halda “Bakı” Biləcəridən kənara çıxa bilməyib. Təbii ki, bütün bunların səbəbi Hafiz Məmmədovun biznesində çöküş yaşamasına bağlıdır.AFFA-dakı mənbələrdən publika.az saytına verilən məlumata görə, “Bakı” bu mövsüm Azərbaycan çempionatında iştirak etməyə bilər. Belə ki, klubdan uzun müddətdir məvaciblərini ala bilməyən futbolçular AFFA-ya müraciət ediblər. Bundan əlavə, “Bakı” növbəti mövsüm Premyer-Liqada iştirak etmək üçün bank təminatını da verə bilməyib.Artıq “Bakı”nın durumu AFFA-da müzakirə olunub. Qurumun baş katibi Elxan Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevə məsələ ilə bağlı məruzə edib. Rövnəq Abdullayev 1-2 həftə də gözləməyi məsləhət görüb. “Bakı”nın maliyyə problemləri bu müddətdə də həllini tapmasa, real addımlar atılacaq. Belə ki, “Bakı” rəsmən müflis elan olunacaq, bütün futbolçulara azad agent statusu veriləcək.  Komanda  Azərbaycan Premyer-Liqasında çıxışını dayandıracaq.Mənbənin verdiyi məlumata görə, “Bakı”nın əvəzinə elitada “Rəvan” çıxış edə bilər. Rəsmi qərar qəbul olunandan sonra məsələ ilə bağlı “Rəvan” rəhbərliyinə müraciət olunacaq.Ancaq bu komandanın “Bakı”nı elitada əvəz edəcəyi müəmmalıdı. “Rəvan”ın sponsoru, “Nurgün Motors” şirkətlər qrupunun sahibi Nuru Əliyevlə Hafiz Məmmədov qudadır. Məhz bu məqamı nəzərə alsaq, Nuru Əliyev mənəvi amilləri əsas gətirərək “Rəvan”ın “Bakı”nı əvəz etməsinə razılıq verməyə bilər.Yaxın günlərdə bütün bu məsələlərlə bağlı konkret qərarların qəbul olunacağı gözlənilir.   ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol