Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor - Təyin Edildi
![Azərbaycanlı qadın Azərbaycanlı qadın](https://anews.az/photo/850x500/2020-09/1599648407_rena-memmedov-cola2.jpg)
Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Coca-Cola şirkətinin məhsullarını Azərbaycanda istehsalını, distribütorluğu və satışını həyata keçirən "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib.
Anews.az xəbər verir ki, şirkətdən daxil olan məlumata görə, Rəna Məmmədova sentyabr ayının 1-dən yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, "Azərbaycan Coca-Cola Bottlers" MMC Türkiyənin Anadolu Qrupuna daxil olan və Yaxın Şərq, Qafqaz və Orta Asiya regionunun 10 ölkəsində Coca-Cola şirkətinin məhsullarını istehsal və satışını həyata keçirən "Coca-Cola İçecek" (CCİ) şirkətinin bir hissəsidir.
"Coca-Cola İçecek” şirkətinin Azərbaycanda əvvəlki rəhbəri Hasan Ellialtı isə "Coca-Cola İçecek” Türkiyə ofisinin Baş Direktoru təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər