• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Bakıda 1 milyonluq "Rols-Roys"un sahibi məlum oldu

Bakıda 1 milyonluq "Rols-Roys"un sahibi məlum oldu
01.07.2014 09:50
Keçmiş polis rəisinin övladı DYP əməkdaşlarını ələ salıbBir neçə gün əvvəl Bakının mərkəzi küçələrindən olan 28 May küçəsində dövlət nömrə nişanının seriyası 400 olan göy rəngli “Rols-Roys” sürücüsü dayanma-durma qaydalarını pozaraq nəqliyyat vasitəsini aerokassalar olan tərəfdə, Səməd Vurğun bağının kənarında saxlayıb. Avtosfer.az-ın məlumatına görə, qayda pozuntusunun şahidi olan Az 10 YP 318 dövlət nömrə nişanlı yol-patrul xidməti maşını həmin əraziyə yaxınlaşıb. Yol polisi qiyməti 1 milyondan artıq olan avtomobilin sürücüsündən sənədlərini təqdim etməsini istəyib. Lakin qudurğan sürücü YPX əməkdaşına “deyəsən, şirinlik istəyirsən” deyib və 20 qəpik uzatmaqla ona lağ edib.Sonradan belə məlumat yayılıb ki, qudurğan sürücü Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini işləmiş, hazırda istefada olan və bir neçə dəfə Birləşmiş Ərəb Əmirliyində həbs edilməsi xəbəri yayılan polis polkovniki Cavadağa Sultanovun oğludur. Sabiq rəis müavininin oğlu keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin kürəkənidir.Qudurğan sürücünün polis polkovnikinin oğlu olmasını  BŞBPİ-nin rəis müavini general Səhlab Bağırov da təsdiqləyib. Rəis müavini hadisə ilə bağlı açıqlamasında deyib ki, sürücü istefada olan polis polkovnikinin oğludur və o, YPX əməkdaşına 20 qəpik yox, 50 manat verməklə cəriməni ödəmək istəyib: “Həmin şəxs hazırda istefada olan polis polkovnikinin oğludur. Sürücü etdiyi hərəkətə görə üzr istədikdən sonra YPX əməkdaşları onun ərazidən uzaqlaşmasına icazə veriblər”.Xatırladaq ki, C.Sultanovun adı bir çox cinayətlərdə  və insanlara dəhşətli işgəncələr verməkdə hallanırdı. Cavadağa Sultanov Bakının Binəqədi Rayon Polis İdarəsinin rəisi işləyərkən də, Xətai RPİ-nin rəisi olarkən də mətbuatda onun dəhşətli işgəncələrə şəxsən rəhbərlik etməsi haqda çoxsaylı məlumatlar dərc olunub. Xaçmaz rayonunun bir azyaşlı sakininin işgəncə ilə öldürülməsində də birbaşa əlaqəsinin olduğu bildirilirdi. Hüquq müdafiəçisi Elçin Behbudov C.Sultanovun əməllərinə görə həbs edilməli olduğunu deyib. C.Sultanov çoxsaylı qətllərdə günahlandırılan Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq daxili işlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. O, Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib, məhkəmədəki ifadələri qalmaqalla müşahidə edilib. // Yeni Müsavat
Oxşar xəbərlər
Oxşar xəbərlər
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Экстренная посадка турецкого самолета в Баку
Cəmiyyət 18:00
Экстренная посадка турецкого самолета в Баку
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Cəmiyyət 16:34
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Cəmiyyət 16:28
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Cəmiyyət 16:12
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Cəmiyyət 14:26
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:18
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol