• $ 1.7
  • € 2.0105
  • ₽ 0.022069
  • ₺ 0.039
  • £ 2.3128

ABB-dən “Neftçilər günü”nə özəl endirimli kredit

ABB-dən “Neftçilər günü”nə özəl endirimli kredit
14.09.2020 16:44
Azərbaycan Beynəlxalq Bankı 20 sentyabr "Neftçilər günü”nə özəl olaraq neft-qaz sektorunda çalışan müştərilər üçün kredit kampaniyası elan edib. Bankın əmək haqqı kartına malik hər bir neft-qaz sənayesi işçisi və bu sektora xidmət göstərən podratçı şirkətlərin əməkdaşları kampaniya müddətində nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankından illik 18%-lə ala bilərlər.
 
Kampaniyanın özəllikləri:
 
Məbləğ  - 20 000 manatadək
Müddət  - 48 ayadək
İllik faiz dərəcəsi: - 18%
Komissiya haqqı - yoxdur

Kampaniya 14 sentyabrdan 25 sentyabra qədər keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir.
 
Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də Bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, Bankın mobil əlavəsində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müştərilər  bu endirimli kredit imkanından faydalanmaqla yanaşı, TamKart VISA Classic və TamKart Mastercard Standard kartlarını da heç bir xidmət haqqı ödəmədən Bankdan ala bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
 
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycanda inflyasiya 5,7 % təşkil edib
İqtisadiyyat 11:42
Azərbaycanda inflyasiya 5,7 % təşkil edib

Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb
İqtisadiyyat 11:09
Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb

Azərbaycanda sənaye istehsalı artıb
İqtisadiyyat 11:00
Azərbaycanda sənaye istehsalı artıb
"Bitcoin"in qiyməti 68 min dollardan aşağı düşüb
İqtisadiyyat 10:58
"Bitcoin"in qiyməti 68 min dollardan aşağı düşüb
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 10:08
Qızıl və gümüşün qiyməti artıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:42
Azərbaycan nefti ucuzlaşıb
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
İqtisadiyyat 15:24
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
“Hidro-3” layihəsi beynəlxalq karbon bazarına daxil olub – Azərbaycanın ilk karbon kreditləri
İqtisadiyyat 14:43
“Hidro-3” layihəsi beynəlxalq karbon bazarına daxil olub – Azərbaycanın ilk karbon kreditləri
Bank Respublika müştəriləri rəqəmsal risklərə qarşı diqqətli olmağa çağırır
İqtisadiyyat 13:29
Bank Respublika müştəriləri rəqəmsal risklərə qarşı diqqətli olmağa çağırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol