• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Ekspert tarix dərsliyindəki qalmaqallı “Arsax” sözünə aydınlıq gətirdi

Ekspert tarix dərsliyindəki qalmaqallı “Arsax” sözünə aydınlıq gətirdi
16.09.2020 16:23
7-ci sinif Azərbaycan Tarixi dərsliyində qeyd edilən "Arsax” adının Ermənistanla heç bir əlaqəsi yoxdur.

Anews.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında təhsil eksperti Elvin Bədirov deyib. O bildirib ki, "Arsax” sözü qədim türk sözüdür:

"Qarabağın tarixi adı uzun müddət hər yerdə Arsax olaraq keçib. Diqqətinizə çatdırıram "Artsax” deyil, "Arsax” olaraq. Ümumiyyətlə "Artsax” erməniləşdirilmiş bir formadır və erməni dilində belə heç bir məna ifadə etmir. Bu gün ermənilərin iddia etdiyi Arsax vilayətinin ermənilərə heç bir aidiyyəti yoxdur. Tarixən adlandırılan Arsax "igid saklar” demək olub.

Bölgənin Kür-Araz aralığındakı hissəsində eradan əvvəl 7-ci əsrdən etibarən kimmerler, skitlər, saklar tayfaları gəlib məskunlaşanda bu bölgələrdə böyük Sak padşahlığı meydana gəlib. Həmin Arsax vilayətinin də adı bu Sak tayfalarının adından götürülüb”.

Ekspert qeyd edir ki, Arsax vilayətinin Qarabağ adlandırılmasından sonra ermənilər bu sözü erməniləşdirərək "Artsax” şəklində istifadə etməyə başlayıblar:
"Onlar bunu bu şəkildə dünyaya təqdim etməyə çalışırlar. Lakin, tarixi mənbələrdə bunun yanlış olduğuna dair məlumatlara rast gəlirik. Çünki, bizim eramızdan əvvəlki dövrdə, eləcə də bizim eramızın ilk əsrlərində indiki Qarabağ ərazisi Arsax adlandırılıb. Qədim Yunan, Roma müəlliflərinin əsərlərində də  bu faktlar öz əksini tapıb. Artıq Səlcuqların Azərbaycana gəlişindən sonrakı dövrdə Arsax dəyişdirilərək Qarabağ adlandırılıb. Ümumiliikdə, orta əsrlərin ikinci dövründən etibarən biz bu torpaqları Arsax deyil Qarabağ kimi adalndırmışıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə 7-ci sinif Azərbaycan Tarixi kitabında Qarabağ torpaqlarının olduğu ərazinin Arsax kimi qeyd olunması ciddi müzakirələrə səbəb olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Siyasət 21:00
Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Siyasət 19:39
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Azərbaycan Rusiyaya nota verib
Siyasət 18:25
Azərbaycan Rusiyaya nota verib
Prezidentdən bu milli parklarla bağlı - Fərman
Siyasət 18:14
Prezidentdən bu milli parklarla bağlı - Fərman
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Siyasət 10:11
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Siyasət 18:00
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Siyasət 17:14
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Siyasət 15:56
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Siyasət 15:33
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol