• $
  • £

UNEC bu Agentliklə Memorandum imzaladı

UNEC bu Agentliklə Memorandum imzaladı
23.09.2020 22:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Anews.az xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və UNEC-in rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum ölkədə həyata keçirilən sosial və iqtisadi sahədə islahatların genişləndirilməsinə dəstək göstərməklə, icbari tibbi sığortanın tətbiqi və səhiyyə sahəsinin idarəedilməsi üzrə lazımi ixtisasların yaradılması və mütəxəssislərin hazırlanması istiqamətində qarşılıqlı əməkdaşlığı özündə ehtiva edir. Memorandum çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, xarici təcrübənin öyrənilməsi və lazım olan təcrübənin ölkədə tətbiq olunması üzrə əməkdaşlıq nəzərdə tutulur.

Sənədə əsasən, tərəflər tibbi xidmətlərin iqtisadi təhlili, postsovet ölkələrinin təcrübə və müvafiq sahələrdə boşluqlarının öyrənilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda tərəflər icbari tibbi sığortanın xidmətlər zərfinin yenilənməsi və göstərilən tibbi xidmətlərdən məmnunluğun öyrənilməsi üçün əhali arasında sorğular keçirməklə bağlı razılığa gəliblər.

Memorandum çərçivəsində həyata keçiriləcək tədbir və tədqiqatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi birgə həyata keçirəcəklər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:47
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı
Şamaxıda daha bir zəlzələ olub - Yenilənib
Cəmiyyət 19:53
Şamaxıda daha bir zəlzələ olub - Yenilənib
Ucarda açıq ərazidə yanğın olub
Cəmiyyət 19:12
Ucarda açıq ərazidə yanğın olub
Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub
Cəmiyyət 18:51
Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub
Bakıda suşi emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb
Cəmiyyət 18:30
Bakıda suşi emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb
Lənkəranda dənizdə meyit tapılıb
Cəmiyyət 18:26
Lənkəranda dənizdə meyit tapılıb
“TikTok”da tələbələrin fotolarını yaydığı üçün saxlanıkan şəxs barəsində cinayət işi başlanılıb - Video
Cəmiyyət 18:04
“TikTok”da tələbələrin fotolarını yaydığı üçün saxlanıkan şəxs barəsində cinayət işi başlanılıb - Video
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Siyasət 17:41
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 16:29
Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol