• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Mikayıl Cabbarov Daşkəsənə gedib – FOTO

Mikayıl Cabbarov Daşkəsənə gedib – FOTO
24.09.2020 12:50
Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının "Açılış zəngi” mərasimində iştirak etmək məqsədilə Daşkəsən rayonuna gedib. 

Anews.az xəbər verir ki, əvvəlcə Daşkəsən İH-nin başçısı Əhəd Abıyevlə İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.

Daha sonra "Daşkəsən” Dəmir filizi mədənin şimal-qərb ərazisində görüş keçirilib. "AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov giriş nitqi ilə əhatəli çıxış edərək Prezident İlham Əliyevin 2020-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq "Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin gedişatı barədə hesabat məruzəsini edib.
İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun Daşkəsən rayonunda qara metallurgiya sanayesində qarşıda görüləcək işlər barədə çıxış edərək geniş məlumat verib, qısa müddət ərzində "Daşkəsən” dəmir filizi mədəninin müasir beynəlxalq standartlara uyğun yüksək səviyyədə işə salınacağını bildirib.

Görüşdən sonra Mikayıl Cabbarov ölkə iqtisadiyyatı üçün əlamətdar hadisə olan Azərbaycan iqtisadiyyatının "Açılış zəngi” mərasimində iştirak etmək üçün "AzerGold” QSC-nin Daşkəsən rayonunun "Çovdar” qızıl mədəninə gedib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol