Poroşenko atəşkəsi iyunun 30-dək uzatdı
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində atəşkəsin 72 saat uzadılması barədə qərar qəbul edib.
APA-nın xəbərinə görə, Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında belə deyilir.“Dövlət başçısı milli təhlükəsizlik və müdafiə Şurasının qərarını rəhbər tutaraq atəşkəs rejimini 30 iyun, saat 22:00-dək uzadıb”, sənəddə bildirilir.
Xatırladaq ki, Ukrayna prezidenti P. Poroşenko iyunun 20-dən 27-dək ölkənin cənub-şərqində antiterror əməliyyatlarını dayandırmışdı. Tərəflərin qarşılıqlı razılığına əsasən, atəşkəs rejimi iyunun 27-dək davam etməli idi.
ANN.Az
Son xəbərlər
Daha çox