• $
  • £

Qazaxda mərmi aşkar edilib

Qazaxda mərmi aşkar edilib
29.09.2020 16:25
Bu gün saat 09:59-da Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən və saat 10:20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Qazax rayonu, Ələddin Qədirov küçəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentlikdən anews.az-a verilən məlumat görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Qazax Regional Mərkəzinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə qazıntı işləri aparılan əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 130 mm-lik top mərmisi (S-2) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 12:31
Bakıda daha iki ərazidə yollar təmir edilib
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Cəmiyyət 12:31
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol