Azərbaycan Beynəlxalq Bankı Ani Ödəniş Sisteminə qoşulan ilk banklardan oldu

Azərbaycan Beynəlxalq Bankı Mərkəzi Bankın yenicə istifadəyə verdiyi Ani Ödəniş Sisteminə qoşulub. Bu sistem müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır.
Artıq Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqi vasitəsilə AÖS üzərindən fiziki şəxslərə FİN kod, mobil nömrə və e-mail vasitəsilə pul göndərmək olar. Bu imkandan faydalanmaq üçün sadəcə Bankın mobil tətbiqini yükləmək lazımdır. AÖS üzrə xidmətlərdən istifadəyə görə fiziki şəxslərdən komissiya haqqı tutulmur (fərdi sahibkarlar istisnadır).
Bu sistem rəqəmsal bank xidmətlərinin effektivliyini də yüksəldəcək. Müştərilərə məsafədən xidmət imkanlarını və xidmətin çeşidlərini genişləndirəcək. Hesablar üzərindən rəqəmsal ödəniş həllərinin inkişafına təkan verəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 