• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Gecə ərzində düşmənə atəş zərbələri endirilib - VİDEO

Gecə ərzində düşmənə atəş zərbələri endirilib - VİDEO
11.10.2020 09:17
Oktyabrın 10-dan 11-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit olub.

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 "Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki əsas qüvvələri və ehtiyatlarına ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükənmək üzrədir. Ermənistan hərbi komandanlığı psixoloji gərginlik, şəxsi heyət isə qorxu içindədir. Erməni əsgərlərin komandirlərinə inamı itib.

1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb. Hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir.

Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.

Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ATƏT-in  DTİHB son parlament seçkilərini tənqid edib - VİDEO
Siyasət 17:32
ATƏT-in DTİHB son parlament seçkilərini tənqid edib - VİDEO
Müstəqil Azərbaycanın ilk prezidenti kim olub?- SORĞU
Siyasət 19:48
Müstəqil Azərbaycanın ilk prezidenti kim olub?- SORĞU
Azərbaycan insanının daha yaxşı yaşamağa haqqı var -Zahid Oruc-MÜSAHİBƏ+VİDEO
Siyasət 13:52
Azərbaycan insanının daha yaxşı yaşamağa haqqı var -Zahid Oruc-MÜSAHİBƏ+VİDEO
Siyasət 12:08
"Siyasi partiyalar haqqında" qanun qəbul olundu - VİDEO
İki Azərbaycan birləşə bilərmi? - VİDEO SORGU
Siyasət 18:22
İki Azərbaycan birləşə bilərmi? - VİDEO SORGU
Azərbaycan əsgərləri yaralanmış erməni əsgərinə kömək edir - VİDEO
Siyasət 21:41
Azərbaycan əsgərləri yaralanmış erməni əsgərinə kömək edir - VİDEO
Vətəndaşlar, müxalifət və digər partiyalar Rəsulzadə abidəsini ziyarət edir - CANLI YAYIM
Cəmiyyət 13:06
Vətəndaşlar, müxalifət və digər partiyalar Rəsulzadə abidəsini ziyarət edir - CANLI YAYIM
Rusiya-Ukrayna müharibəsinin altıncı günü- İCMAL-VİDEO
Cəmiyyət 19:01
Rusiya-Ukrayna müharibəsinin altıncı günü- İCMAL-VİDEO
Siyasət 02:10
"Bayraktar" Rusiya texnikasını Ukraynada BELƏ MƏHV EDİR - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol