Ermənilər Tərtəri atəşə tutur- Əraziyə 300-dən çox top mərmisi atılıb

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir.
Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri - ümumilikdə 300-ə qədər top mərmisi atılıb.



www.anews.az
Bu barədə Anews.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur.
Hazırda zərəyr dəymiş evlərin sayı araşdırılır.
Sentyabrın 27-dən hazırki dövrədək Tərtər rayinu ərazisinə 56 çox mərtəbəli bina, 105 ev isə tamamilə dağıdılıb. 500-ə qədər evə külli miqdarda zərər dəyib.
9 mülki şəxs ölüb, 40 nəfər xəsarət alıb.
Ümumilikdə rayon ərazisinə 11.400 top mərmisi atılıb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 