• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Azərbaycan əsgərləri Milli müstəqillik gününü qeyd edir - FOTOLAR

Azərbaycan  əsgərləri Milli müstəqillik gününü qeyd edir - FOTOLAR
18.10.2020 16:36
 
Bu gün  Azərbaycan Respublikasının Milli müstəqillik günüdür. 
 
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.

1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Bu tarix hazırda Azərbaycan torpaqlarını erməni işğalından azad edən  əsgərlərimiz tərəfindən də təntənəli şəkildə qeyd edilir. Onların N hərbu hissəsində keçirdikləri bayram şənliyində müxbirimiz Mahir Rüstəmli də iştirak edib: 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan əsgəri Qazaxda dəfn olunub - FOTOLAR
Siyasət 12:33
Azərbaycan əsgəri Qazaxda dəfn olunub - FOTOLAR
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 08:43
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Sülhməramlılar hərbçilərimizi belə qaytarıb - FOTOLAR
Siyasət 13:04
Sülhməramlılar hərbçilərimizi belə qaytarıb - FOTOLAR
Şəhid olan Azərbaycan hərbçiləri kimlərdir?-FOTO+VİDEO
Siyasət 16:45
Şəhid olan Azərbaycan hərbçiləri kimlərdir?-FOTO+VİDEO
Prezident Bağdad Amreyevi qəbul etdi - Fotolar - YENİLƏNİB
Siyasət 15:17
Prezident Bağdad Amreyevi qəbul etdi - Fotolar - YENİLƏNİB
Azərbaycan qırıcıları İstanbul səmasında uçuşlar keçirib-FOTO
Siyasət 11:25
Azərbaycan qırıcıları İstanbul səmasında uçuşlar keçirib-FOTO
Eldar Həsənov niyə xərəkdə məhkəmədən çıxarılıb-TƏFƏRRÜATLAR
Siyasət 10:01
Eldar Həsənov niyə xərəkdə məhkəmədən çıxarılıb-TƏFƏRRÜATLAR
Türkiyə Müdafiə Nazirliyindən Laçındakı birgə təlimlərlə bağlı MƏLUMAT
Siyasət 12:03
Türkiyə Müdafiə Nazirliyindən Laçındakı birgə təlimlərlə bağlı MƏLUMAT
İlham Əliyev və Ərdoğan Şuşaya yola düşüb
Siyasət 14:02
İlham Əliyev və Ərdoğan Şuşaya yola düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol