• $
  • £

Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirildi

Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirildi
30.10.2020 16:39
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər daha da gücəndirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Anews.az-a verilən məlumata görə, polis əməkdaşları bu məqsədlə sanitar-karantin qaydalarına ciddi şəkildə əməl edilməsinə nəzarəti həyata keçirir.

Təşkil olunan reydlər zamanı qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən insanlar arasında profilaktiki söhbətlər aparılır və sosial məsafənin, tibbi maskadan istifadənin əhəmiyyəti, zəruriliyi diqqətə çatdırılır. Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar və gigiyenik qaydalara əməl olunmasına dair maarifləndirici broşürlər paylanılır.

Tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etməyən, dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilirlər.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:33
Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qaz olmayacaq
Salyanda dörd otaqlı ev yanıb
Cəmiyyət 23:37
Salyanda dörd otaqlı ev yanıb
Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər
Cəmiyyət 21:33
Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər
Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Cəmiyyət 21:19
Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb
Cəmiyyət 20:10
Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:58
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Cəmiyyət 19:31
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Cəmiyyət 18:23
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib
Cəmiyyət 18:07
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol