• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Qubadlının gəzməli-görməli yerləri - VİDEO

Qubadlının gəzməli-görməli yerləri - VİDEO
05.11.2020 15:06
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.

Anews.az xəbər verir ki, bu haqda Agentliyin sədri Fuad Nağıyev rəsmi tvitter səhifəsində etdiyi paylaşımla məlumat verib.

"30 il ərzində erməni vandalizmi nəticəsində bir çox turistik məkanlarımız viran edilib. Qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək”, - deyə F. Nağıyev qeyd edib.

Çarxda Qubadlının görməli yerləri, o cümlədən XIX əsrə aid olan məşhur "Hacı Bədəl” körpüsü, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada inşa edilən Laləzar körpüsü, ХVIII əsrə aid  edilən Məmər kəndindəki tarixi məscid, Azərbaycanın səkkizguşəli türbələri arasında unikal formaya malik "Gürcülü türbəsi”, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqlar, VI və VII əsrlərə aid alban abidələri, Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllər və qoç qəbir daşları, V əsrə aid Göy Qala, Qalalı kimi qədim qalalar haqqında məlumatlar təqdim olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat ölüm kağızı və dəfn pulu prosedurlarının sadələşdirilməsini təklif edir
Siyasət 11:33
Deputat ölüm kağızı və dəfn pulu prosedurlarının sadələşdirilməsini təklif edir
Terrorun aradan qaldırılması Türkiyə üçün yeni imkanlar yaradır - Fazil Mustafa
Siyasət 11:28
Terrorun aradan qaldırılması Türkiyə üçün yeni imkanlar yaradır - Fazil Mustafa
Heydər Əliyev milli dəyərləri dünyaya tanıdan şəxs olub - Deputat
Siyasət 11:18
Heydər Əliyev milli dəyərləri dünyaya tanıdan şəxs olub - Deputat
Diplomatiyadakı uğurlar Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Siyasət 11:11
Diplomatiyadakı uğurlar Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ödəniş vaxtı keçən kreditlərin həcmi yarım milyonu keçib
Siyasət 10:57
Ödəniş vaxtı keçən kreditlərin həcmi yarım milyonu keçib
XİN Monteneqronu milli bayram münasibətilə təbrik edib
Siyasət 18:28
XİN Monteneqronu milli bayram münasibətilə təbrik edib
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - KİV
Siyasət 14:53
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - KİV
İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
Siyasət 11:45
İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
İlham Əliyev Ərdoğana zəng edib
Siyasət 21:10
İlham Əliyev Ərdoğana zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol