• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

Iki şəhid yetişdirən yarı qamış, yarı kərpic ev - FOTOLAR

Iki şəhid yetişdirən yarı qamış, yarı kərpic ev - FOTOLAR
13.11.2020 16:56
Kərimbəyli  Füzulinin Birinci Qarabağ savaşı zamanı Ermənistan tərəfindən işğal edilməyən azsaylı kəndlərindən biridir. İkinci Qarabağ müharibəsi başlayandan bəri şəhid və yaralı hərbçi xəbərləri almaq kənd əhalisi üçün  adi hal alıb.  

İkinci Qarabağ savaşı zamanı şəhid olmuş Elməddin və Elmir həm qonşu, həm də qohum idilər. Onlarə Elmirin uşaqlığı birlikdə keçib, birlikdə əsgər gedib və şəhid olublar.

Şəhid anası Ellada Məmmədova Füzulinin Kərimbəyli kənd məzarlığına girib gah oğlu Elməddin Bədəlovun, gah da qaynı oğlu şəhid Elmir Vəliyevin qəbrini qucaqlayır. Bu iki əmioğlu birlikdə böyüyüb, bir neçə günlük fərq ilə şəhid olublar.
 
 
(Foto: Kərimbəyli kənd məzarlığı)

Ellada Məmmədova 3 uşaq anasıdır. O, deyir ki, böyük oğlu şəhid olmasaydı, martın 6-ı 21 yaşı olacaqdı.

"Elməddin əsgərlikdən gəldi, sonra MAXE (müddətdən artıq hərbi edən - red.) kimi işə başladı. 5 ay idi ki, işləyirdi.
27 sentyabrda həlak oldu. 28-i cənazəsini gətirdilər balamın",  -  deyə ana  danışır. 
 

(Foto: Şəhid Elmir Vəliyevin anası)

Ellada Məmmədovanın  ailəsindən iki övladı və əri qalıb. 
 

(Foto: şəhidin qardaşı)

Şəhid Elməddin Bədəlovun ailəsi yarı qamış, yarı kərpicdən tikilmiş evdə yaşayırlar.
 


 



(Foto: ev)

Ailədə yas yasa qarışıb. Elməddindən 1 həftə əvvəl əmisi oğlu Elmir Vəliyev də 34 yaşında şəhid olub.

Elmir Vəliyevin arvadı Sənarə  evliliklərinin on birinci ildönümünü qeyd etməyə hazırlaşırdılar.  Sənara ərinin ona surpriz edərək bu il də cəbhədən  evə qayıdacağını düşünürmüş.  Evə isə onun özü yox, nəşi gəlib.

 
(Foto: şəhid Elmir Vəliyevin həyat yoldaşı)
 
Şəhidin arvadı deyir ki,  indi ona həyat yoldaşından 2 övlad yadigarı qalıb. 



(Foto: şəhidin övladları)
 
Elmirin anası həm övlad itirməyin ağrısını yaşayır, həm də gəlininə dəstək olur. O da gənc ikən əriniı itirib. Yarı qamışdan, yarı kərpicdən tikilmiş bu evdə ananın yaşadığı taleyi indi  gəlin yaşayacaq. Hər ikisi atasız övlad böyüdəcək.


 
Şəhid ailəsinin sosial problemləri də çoxdur. Onların evi çökmək üzrədir. Şəhidin anası deyir ki, Elmir neçə ildir evi təmir etməyə hazırlaşırmış. Çalışdı, amma qismət olmadı...
 
Hazırladı: Əminə Məmmədova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bakıda su borusu partlayıb - VİDEO
Cəmiyyət 14:37
Bakıda su borusu partlayıb - VİDEO
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib
Cəmiyyət 11:22
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib
Ağacəkmə aksiyası keçirilib
Cəmiyyət 12:33
Ağacəkmə aksiyası keçirilib
“Bravo”nun həyətində 4 maşın toqquşdu - FOTOLAR
Cəmiyyət 14:31
“Bravo”nun həyətində 4 maşın toqquşdu - FOTOLAR
Azərbaycan Ordusunun əsgəri həlak olub
Cəmiyyət 10:11
Azərbaycan Ordusunun əsgəri həlak olub
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Cəmiyyət 22:42
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR
Cəmiyyət 18:11
Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR
Bu il neçə uşaq
Cəmiyyət 17:42
Bu il neçə uşaq "ASAN Məktub"-a müraciət edib? - RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol