• $ 1.7
  • € 2.0166
  • ₽ 0.022092
  • ₺ 0.0389
  • £ 2.3187

FIFA reytinq siyahısını yenidən dərc edib

FIFA reytinq siyahısını yenidən dərc edib
27.11.2020 20:00
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Anews.az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib.

Hazırda yığma 1180 xalla 109-cu sırada qərarlaşıb.

İrəliləyişə səbəb yığmanın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.
Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro bir pillə irəliləyib və 1370 xalla 63-cü sıradadır. Üç pillə geriləyən Lüksemburq seçməsə 1235 xalla 98-ci, bir pillə geriləyən Kipr isə 1224 xalla 100-cüdür.

1487 xala malik Türkiyə millisi 32-ci pilləyə yüksəlib. Reytinqin ilk üç pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.

Xatırladaq ki, FIFA ötən gün yeni reytinq siyahısını dərc etsə də, daha sonra cədvəli saytdan çıxarıb. Quruma üzv olan federasiyalara göndərilmiş məktubda səbəb kimi argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vəfatı göstərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ" - "Nyukasl" matçına 27 500 bilet satılıb
İdman 13:06
"Qarabağ" - "Nyukasl" matçına 27 500 bilet satılıb
“Qarabağ”ın oyunu ilə bağlı metroda iş vaxtı uzadılacaq
İdman 11:30
“Qarabağ”ın oyunu ilə bağlı metroda iş vaxtı uzadılacaq
Azərbaycan çempionatı: Üç şahmatçı yarımfinala yüksəlib
İdman 22:14
Azərbaycan çempionatı: Üç şahmatçı yarımfinala yüksəlib
Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında növbəti həftə keçiriləcək oyunların proqramı bəlli olub
İdman 17:43
Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında növbəti həftə keçiriləcək oyunların proqramı bəlli olub
Litva - Azərbaycan oyununun yeri bilindi
İdman 14:20
Litva - Azərbaycan oyununun yeri bilindi
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
İdman 22:40
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb
İdman 21:35
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb
"Qarabağ" - "Nyukasl" oyununa 18 mindən çox bilet satılıb
İdman 21:00
"Qarabağ" - "Nyukasl" oyununa 18 mindən çox bilet satılıb
ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
İdman 23:30
ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol