• $ 1.7
  • € 1.94
  • ₽ 0.021375
  • ₺ 0.0436
  • £ 2.3093

“Global Finance” "Azərbaycan Beynəlxalq Bankı"nı ən yaxşı bank seçdi

“Global Finance”
02.12.2020 11:07
Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan "Global Finance” jurnalı müxtəlif regionlar üzrə dünyanın ən yaxşı banklarının siyahısını açıqlayıb. Jurnal ilin qaliblərini seçərkən belə bir meyara əsaslanıb: bunlar COVİD-19 dövründə də yeni texnologiyalara davamlı investisiyalar edən və bunun gələcək inkişafa kömək göstərəcəyinə ümid bəsləyən banklardır. "Global Finance” bu meyara əsaslanaraq "Azərbaycan Beynəlxalq Bankı" ASC-ni da ən yaxşı bank seçib.
Bank bu mükafata innovativ layihələrinə, pandemiya dövründə yeni ehtiyacları nəzərə alaraq həyata keçirdiyi texnoloji həllərə, o cümlədən məsafədən xidmət imkanlarına görə layiq görülüb.

"Global Finance” bu ilin ən yaxşılarını müəyyənləşdirməkdən ötrü seçimi dünyanın 150-dən çox ölkəsinə aid banklar arasında aparıb. Jurnal ekspertlərinin fikrincə, ümumilikdə qlobal bank sistemi pandemiya səbəbindən yaranmış yeni vəziyyətə çevik reaksiya verib. Qlobal bank sistemi və onun bir hissəsi olan Azərbaycan Beynəlxalq Bankı minimal məhdudiyyətlərlə müştərilərə, biznesə fasiləsiz xidmətə davam edib.

Nəşrin müxtəlif regionlardan müəyyən etdiyi ən yaxşı banklar sırasında Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, Commerzbank, CitiBank, Société Générale, AkBank, Sberbank, Barclays, J.P.Morgan, UniCredit, Raiffeisen Bank International, HSBC, Credit Suisse və digər banklar da var. Daha ətraflı məlumatlarla buradan tanış olmaq olar.

Xatırladaq ki, "Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 188 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır.
Müasir dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti tərəfindən 4 mükafata layiq görüldü
İqtisadiyyat 16:55
Kapital Bank rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti tərəfindən 4 mükafata layiq görüldü
Faizlərdən də faiz qazandıran əmanət - Yelo Sərbəst!
İqtisadiyyat 14:59
Faizlərdən də faiz qazandıran əmanət - Yelo Sərbəst!
Azərbaycanda aksiz vergisi üzrə daxilolmalar artıb
İqtisadiyyat 14:50
Azərbaycanda aksiz vergisi üzrə daxilolmalar artıb
Ötən il Azərbaycanda ƏDV üzrə daxilolmalar artıb
İqtisadiyyat 14:06
Ötən il Azərbaycanda ƏDV üzrə daxilolmalar artıb
Keçən il vergi borclarının həcmi 350 milyon manata yaxın artıb
İqtisadiyyat 13:13
Keçən il vergi borclarının həcmi 350 milyon manata yaxın artıb
Birbank-da Yığım hesabı: pulunuz illik 7% gəlir gətirsin
İqtisadiyyat 12:20
Birbank-da Yığım hesabı: pulunuz illik 7% gəlir gətirsin
Bank sektorunun mənfəəti azalıb
İqtisadiyyat 10:50
Bank sektorunun mənfəəti azalıb
Deputat büdcənin icrası ilə bağlı təkliflər verib
İqtisadiyyat 10:47
Deputat büdcənin icrası ilə bağlı təkliflər verib
Ölkədə problemli kreditlər artıb
İqtisadiyyat 10:39
Ölkədə problemli kreditlər artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol