• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

İlham Əliyev iş adamları ilə görüşdü

İlham Əliyev iş adamları ilə görüşdü
28.05.2020 22:00
 İyunun 16-da Afinada Azərbaycan prezidenti İlham Əliyevin və Yunanıstanın baş naziri Antonis Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü olub.APA-nın məlumatına görə, görüşdə çıxış edən Yunanıstanın baş naziri Antonis Samaras iki ölkə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini bildirib. Qeyd edibi ki, Azərbaycan ilə Yunanıstanın siyasi sahədə yüksək əməkdaşlığı iqtisadi sahəyə də öz təsirini göstərir. Bu da biznes qurumları arasında əlaqələrin daha da intensivləşməsinə geniş imkanlar açır. Antonis Samaras Yunanıstan ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurlu olduğunu söyləyib. O, TAP kəməri layihəsinin Yunanıstan ilə yanaşı, region ölkələrinin inkişafına da güclü təsir edəcəyini vurğulayıb. Prezident İlham Əliyev iki ölkə arasında yüksək səviyyəli əlaqələrin olduğunu deyərək Azərbaycanda gedən inkişaf prosesləri barədə görüş iştirakçılarına məlumat verib. Dövlət başçısı bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. İqtisadiyyatın qeyri-neft sektorunun çəkisi yüksəlib. Neft-qaz sektorunun iqtisadiyyatıın aparıcı istiqaməti olduğunu deyən prezidenti bildirib ki, böyük enerji resursları olan Azərbaycan tərəfindən “Şahdəniz”, Trans-Anadolu və Trans-Adriatik layihələri icra edilir. Bu layihələrdə Yunanıstan da yaxından iştirak edir. Artıq Azərbaycanın xaricə investisiya yatırmağa başladığını deyən prezident İlham Əliyev hazırda ölkədə informasiya-kommunikasiya texnologiyaları, turizm və digər qeyri-neft sahələrinin inkişafına böyük diqqət göstərildiyini və bu məsələlərə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında geniş yer verildiyini deyib. Daha sonra Yunanıstanın tanınmış şirkətlərinin rəhbərləri və nümayəndələri təmsil etdikləri müəssisələr haqqında məlumat veriblər. Bildirilib ki, bu şirkətlər əsasən energetika, nəqliyyat, turizm, alternativ enerji mənbələri, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə ixtisaslaşmışdır. İş adamları Azərbaycan ilə yeni əməkdaşlıq münasibətləri qurmaqda və mövcud qarşılıqlı fəaliyyətin genişlənməsində maraqlı olduqlarını deyiblər. Onlar Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Siyasət 18:08
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol