• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Bakıda bu şəxslər üçün avtobuslar pulsuz olacaq

Bakıda bu şəxslər üçün avtobuslar pulsuz olacaq
13.06.2014 22:52
Bunu Bakı - 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin rəhbəri Panayotis Protopsaltis deyibBakıda I Avropa Oyunlarında ictimai nəqliyyatdan pulsuz istifadə edəcək şəxslərin kateqoriyası açıqlanıb.Akkreditasiya olunmuş qonaqlar, könüllülər, xidmət personalı, həmçinin Bakı-2015 İlk Avropa Oyunları yarışlarına giriş biletinə malik tamaşaçılar ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.Bu barədə Bakıda keçirilən "Yol və yeraltı infrastruktur - urbanizasiya problemlərinin həlli yolları" adlı konfransda Bakı - 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin rəhbəri Panayotis Protopsaltis deyib.O qeyd edib: "Bizə 900 avtonəqliyyat vasitəsi - avtobus və minik avtomobilləri - lazım olacaq. Bundan başqa, 2 min sürücüyə ehtiyacımız var. Bu rəqəmlərə nəzər salarkən, niyə I Avropa Oyunlarını meqatədbir adlandırmağımız başa düşülür".P.Protopsaltis bildirib ki, bu avtonəqliyyat vasitələrinin sürücülərinin təlimi üçün dekabrın əvvəlində xüsusi mərkəz yaradılacaq. Oyunlar başa çatdıqdan sonra mərkəz peşəkar sürücülər hazırlamağa davam edəcək.Departament rəhbəri deyib ki, hazırda Dənizkənarı Milli Park, hotellər, Dövlət Bayrağı Meydanı, idman və digər obyektlər arasında nəqliyyat əlaqələrinin qurulmasını nəzərdə tutan vacib yenilikçi konsepsiya üzərində iş davam edir: "Yüksək səviyyədə xidmət göstərmək üçün 360 nəfərlik tutumu olan iki yeni sərnişin gəmisindən istifadə edəcəyik. Bundan başqa, yüksəkvəzifəli qonaqları Dənizkənarı Milli Park boyunca daşıyacaq elektrik mühərrikli avtobuslardan istifadə etməyi planlaşdırırıq".O vurğulayıb ki, qeyd olunan tədbirlər Neftçilər prospektində nəqliyyat yükünün artmasına imkan verməyəcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol