• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Azad olunmuş Şuşada ilk çay... - FOTO

Azad olunmuş Şuşada ilk çay... - FOTO
01.01.2021 17:03
Tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 28 il öncə Şuşada çəkdiyi fotonu yeniləyib.

"Qafqazinfo” xəbər verir ki, 68 yaşlı hərbi müxbir həmin fotonu öz instaqram hesabında "Azad olunmuş Şuşada ilk çay” başlığı ilə paylaşaraq bu fikirləri qeyd edib:

"1992-ci ilin aprelində Şuşa erməni qüvvələri tərəfindən mühasirəyə alınanda oradan çıxdım və snayperlərin atəşi altında çox çətin dağ keçidini piyada keçməli oldum. Şəhərdən çıxmazdan əvvəl mənə kömək və bələdçilik edən döyüşçülərdən ikisi ilə sonuncu dəfə çay içmək istədim.


Onlardan biri Ramiz Qənbərov yüksək səviyyəli komandir idi. Daha sonra döyüşdə şəhid olduğunu və Milli Qəhrəman adı verildiyini öyrəndim. Şəhər 8 mayda erməni hərbçilərinin əlinə keçdi.

İstəyim həmişə şəhərə qayıtmaq və yenidən bir stəkan çay içmək idi. Nəhayət, 28 dekabrda 8 noyabrdakı şiddətli döyüşlərdən sonra azad edilmiş şəhərə qayıtdım. İlk çayımı ən yüksək təpənin başında Xankəndi şəhərinə baxan əsgərlərlə içdim.

Hər iki Qarabağ müharibəsini işıqlandırdıqdan sonra ümid edirəm ki, indi qalıcı bir sülh olacaq. Bu, mənim 2021-ci ilin ilk günündə arzumdur”.
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident və xanımı Şuşada sərgilərlə tanış olublar - Fotolar
Siyasət 14:03
Prezident və xanımı Şuşada sərgilərlə tanış olublar - Fotolar
Azad olunmuş Şuşada ilk çay... - FOTO
Siyasət 17:03
Azad olunmuş Şuşada ilk çay... - FOTO
Qubadlıdakı məsciddən yeni - FOTOLAR
Siyasət 09:02
Qubadlıdakı məsciddən yeni - FOTOLAR
Azərbaycanlılar Zürihdə etiraz aksiyası keçirib - VİDEO/FOTOLAR
Siyasət 19:00
Azərbaycanlılar Zürihdə etiraz aksiyası keçirib - VİDEO/FOTOLAR
Azərbaycanda karantində toy çalındı: Polis qonaqları saxladı - FOTO/VİDEO
Siyasət 11:05
Azərbaycanda karantində toy çalındı: Polis qonaqları saxladı - FOTO/VİDEO
Azərbaycanın aprel döyüşlərində azad etdiyi ərazilərin yeni XƏRİTƏSİ
Siyasət 09:05
Azərbaycanın aprel döyüşlərində azad etdiyi ərazilərin yeni XƏRİTƏSİ
Gəncənin şəhid polkovnikinin - FOTOLARI
Siyasət 08:41
Gəncənin şəhid polkovnikinin - FOTOLARI
Namizədlərin plakatları qəsdən cırılır -  İDDİA  FOTO
Siyasət 05:50
Namizədlərin plakatları qəsdən cırılır - İDDİA FOTO
Siyasət 01:04
"Hamı gedəndən sonra məzarımın üstündə sevgilim qalsın” - Şəhidimizin son mesajı...
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol