“Həbsdə qalmağım şirkətimi iflas vəziyyətinə gətirdi” - Mübariz Mənsimov

Hazırda FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilir.
İş adamının köməkçisi Fidan Quliyeva 15 ilə qədər həbsi istənilən Mənsimovun məhkəmədə verdiyi ifadəni sosial şəbəkələrdə paylaşıb:
"Məni həbs etmək terror şəbəkəsinin çörəyinə yağ sürtməkdir. Mən heç bir zaman FETÖ-çü olmadım, deyiləm, ola da bilmərəm! Azad olunmağımı istəyirəm! Heç bir zaman dövlətin iradəsinə zidd heç bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb Türkiyəyə daşıdım. Mənim burada 10 ay qalmağım şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyyətdədir. Orada olan azərbaycanlılar və türklərdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər