• $
  • £

Siyavuş Novruzovdan “vedrə söhbəti”nə REAKSİYA

Siyavuş Novruzovdan “vedrə söhbəti”nə REAKSİYA
14.01.2021 10:26
YAP-ın İdarə Heyətinin və Siyasi Şurasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov növbəti dəfə sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə tuş gəlib. Deputat "Space” televiziyasındakı "Sadə həqiqətlər” verilişində bəzi fikirlər səsləndirib ki, bu da onun ətrafında müzakirələrə səbəb olub. Belə ki, S.Novruzov verilişdə Heydər Əliyevlə bir siyasətçi arasında baş vermiş dialoqu xatırladıb.


Həmin fikirləri təqdim edirik: "Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn, işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.


Anews.az xəbər verir ki, Siyavuş Novruzovun sözügedən mövzu ilə bağlı Musavat.com-a danışıb:


"Mən şəxsi səhifəmdə müəyyən yazılar verirəm. Amma bu məsələ ilə bağlı ehtiyac görmədim. Bilirsiniz, onsuz da bunun mənası yoxdur. Çünki ağlı, dərrakəsi kəsən adam söhbətin nədən getdiyini anlayır. Hamı görür, baxır, söhbətin nədən getdiyini bilir. İkinci sinif şagirdi də bilir ki, su, ümumiyyətlə, maye nə ilə ölçülür. Bunu müzakirə mövzusuna çevirməkdə başqa məqsədləri var. Söhbətin mahiyyəti onlara sərf eləmir axı... Mən 30 ildir siyasətdəyəm, belələrini yaxşı tanıyıram. Guya ki, Amerika kəşf edib. Ağlı kəsən adam başa düşür ki, burada söhbət tamam başqa mənadan gedir və mahiyyət də tamam başqadır. Əfsuslar olsun ki, bu məsələni müzakirəyə çıxaranların bir qrupu da guya Harvardda, Oksfordda qurtarıb. Daş düşsün o Harvardın başına ki, bu cür "student”lər yetişdirib! (Gülür) İndi təsəvvür eləyin də".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gündən 11 günlük tətil başlayır
Cəmiyyət 00:11
Bu gündən 11 günlük tətil başlayır
Bu gün Azərbaycanda Novruz bayramıdır
Cəmiyyət 00:06
Bu gün Azərbaycanda Novruz bayramıdır
Azərbaycanda Ramazan bayramıdır
Cəmiyyət 00:05
Azərbaycanda Ramazan bayramıdır
Azərbaycanın Latviyadakı səfirliyi bayram günlərində fəaliyyət göstərməyəcək
Cəmiyyət 23:05
Azərbaycanın Latviyadakı səfirliyi bayram günlərində fəaliyyət göstərməyəcək
Neftçalada avtomobil qadını vuraraq öldürüb
Cəmiyyət 22:45
Neftçalada avtomobil qadını vuraraq öldürüb
“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir
Cəmiyyət 19:53
“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya ediləcək.
Cəmiyyət 19:17
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya ediləcək.
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb
Cəmiyyət 19:00
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb
İTSDA-nın sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçib
Cəmiyyət 18:36
İTSDA-nın sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol