“Pfizer” peyvəndinin yeni yan təsirləri aşkar edilib: Bir pasiyent öldü

Fransada "Pfizer/BioNTech” peyvəndinin yeni yan təsirləri aşkar edilib.
"RİA Novosti” bu barədə Fransanın Dərman və Sağlamlıq Məhsullarının Təhlükəsizliyi üzrə Milli Agentliyinə (MSNA) istinadən məlumat verib.
Bildirilir ki, dörd xəstədə dərmana allergik reaksiya yaranıb, iki nəfərdə taxikardiya qeydə alınıb.
Fransa hökuməti peyvənddən iki saat sonra bir xəstənin öldüyü barədə məlumat alıb.
Buna baxmayaraq onun ölümü ilə peyvənd arasında birbaşa əlaqə aşkarlanmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər