• $ 1.7
  • € 1.9832
  • ₽ 0.021692
  • ₺ 0.0394
  • £ 2.2905

Hirkan milli parkı hələ də yanır - VİDEO

Hirkan milli parkı hələ də yanır - VİDEO
16.01.2021 17:52
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib. 

FHN-dən Anews.az-a verilən məlumata görə, yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 10:25
Bəzi rayonlara qar yağıb - Faktiki hava
Azərbaycan Dəmir Yollarında blok-qatar və konteyner daşımaları artıb
Cəmiyyət 10:14
Azərbaycan Dəmir Yollarında blok-qatar və konteyner daşımaları artıb
Aliment ödəməyən şəxslər Rusiyada gizlənə bilməyəcək
Cəmiyyət 10:04
Aliment ödəməyən şəxslər Rusiyada gizlənə bilməyəcək
54 cinayətin açılmasını təmin edilib – DİN
Cəmiyyət 10:01
54 cinayətin açılmasını təmin edilib – DİN
Azərbaycanda yeddi vəkilə intizam tənbehi verilib
Cəmiyyət 09:44
Azərbaycanda yeddi vəkilə intizam tənbehi verilib
Vəkillər Kollegiyası 7 vəkilə intizam tənbehi tətbiq edib
Cəmiyyət 09:40
Vəkillər Kollegiyası 7 vəkilə intizam tənbehi tətbiq edib
Naxçıvanda iki türk tələbə dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:39
Naxçıvanda iki türk tələbə dəm qazından boğularaq ölüb
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Cəmiyyət 20:59
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Sosial şəbəkələrdə Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlanıb
Cəmiyyət 20:46
Sosial şəbəkələrdə Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol