• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

"Əcdadlarımız bugünkü mərasimi görsəydilər, şad olardılar"

21.01.2021 16:53
"Artıq qeyd etdik ki, bu gün bizim münasibətlərimizdə tarixi gündür. Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq. Siz artıq qeyd etdiniz ki, Xəzəryanı ölkələrin əməkdaşlığı da çox dinamik, qarşılıqlı anlaşma və qarşılıqlı dəstək ruhunda inkişaf edir, bunun nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb".


Anews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması zamanı türkmən həmkarı Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında görüşdə deyib.


"Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. Çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb. Biz birgə səylərimizlə bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa etməliyik. Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar.


Bu gün onu da qeyd etmək istərdim ki, bugünkü mərasim ölkələrimizin müstəqilliyinin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxillik gərgin fəaliyyətinin nəticəsidir. Bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Təəssüf ki, artıq bu gün dünyada belə hallara az-az rast gəlirik. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Onlar istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bu ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər. Bu, bizi irəliyə aparan əsasdır", - dövlət başçısı bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Mirziyoyevlə görüşündən paylaşım edib - Video
Siyasət 00:01
Prezident Mirziyoyevlə görüşündən paylaşım edib - Video
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Siyasət 21:00
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Siyasət 20:27
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:19
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Özbəkistan səfirliyinin yeni binası açılıb
Siyasət 18:30
Bakıda Özbəkistan səfirliyinin yeni binası açılıb
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Siyasət 18:10
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
Siyasət 17:13
Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Siyasət 16:39
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Rusiya və Azərbaycan hüquq-mühafizə rəhbərləri müzakirələr keçirir
Siyasət 14:32
Rusiya və Azərbaycan hüquq-mühafizə rəhbərləri müzakirələr keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol