• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Sumqayıtdan Bakıya gələn avtobuslarında gediş haqqı bahalaşdı

Sumqayıtdan Bakıya gələn avtobuslarında gediş haqqı bahalaşdı
23.01.2021 10:38

Sumqayıtdan Bakıya qeyri-qanuni sərnişin daşıyan mikroavtobuslarda qiymət artımı müşahidə edilir.


Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, sərnişinlərin iddiasına görə, əvvəl 60 qəpiyə getdikləri yol üçün indi 80 qəpik ödəyirlər. Problemin həllində aidiyyəti qurumlarla bərabər sərnişinlər də iştirak edə bilərlər. Dövlət Avtomobil Nəqliyyatı Xidməti bunun üçün yalnız qanuni daşıyıcılara müraciət etməyi məsləhət görür.


Bakı-Sumqayıt üzrə həm qeyri-qanuni sərnişin daşıyırlar, həm də qiyməti artırırlar. Avtovağzaldan kənar sərnişin daşıyan sürücülər sərnişinlərdən gediş haqqı olaraq 80 qəpik tələb edirlər.


Avtovağzaldan kənarda, qeyri-qanuni sərnişin daşıyan mikroavtobus sürücüləri bunu yanacağın qiymətinin artması ilə əlaqələndirirlər.


Avtovağzalda isə qiymət artımı müşahidə edilməyib. Sərnişinlər 50 qəpik ödəməklə gedib-gəlirlər.


Qiymət artımı ilə bağlı "XəzərXəbər"ə açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, benzin və dizelin qiymətinin qalxmasından sonra marşrutlarda heç bir qiymət artımı olmayıb. Bunu qeyri-qanuni sərnişin daşıyanlar edə bilərlər ki, bu məslə də qurumun səlahiyyətlərindən kənardadır


Sərnişinlərə tövsiyə olunur ki, pullarına qənat etmək üçün avtovağzaldan istifadə etsinlər.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol