• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Nazirlikdən qar uçqunu ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Nazirlikdən qar uçqunu ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO
25.01.2021 16:54
Fövqəladə Hallar Nazirliyi (FHN) dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib.

FHN-in Mətbuat xidmətindən Anews.az-a daxil olan müraciətdə deyilir:

Qışda qarın yağması ilə təbiətin ağ örpəyə bürünməsi ətrafda gözəl mənzərə yaratmaqla yanaşı, bir sıra hallarda insan həyatı və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Belə ki, bəzən insanların müxtəlif məqsədlərlə – ov etmək, təbiət gözəlliyinin dadını çıxarmaq və s. üçün yaşayış yerindən uzaqlaşaraq qarla örtülmüş yüksək dağlıq və meşəlik ərazilərə üz tutması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Belə ki, qış aylarında dağlıq ərazilər üçün xarakterik olan qar uçqunu, yolu azma, vəhşi heyvanların hücumu və s. insan həyatı və sağlamlığı üçün real təhlükə yaradır.

Qeyd olunanları nəzərə alaraq, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, fəslə uyğun geyinməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduğunuz yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik. Həmçinin, yadda saxlamaq lazımdır ki, ilk baxışdan aldadıcı görünsə də günəşli havada qar uçqununun baş vermə ehtimalı daha da artır.

Əgər qar uçqunu başlayıbsa:

qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;
uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

Uçqun sizi yaxalayıbsa:

nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;

qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;

axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;

uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);

qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır.

soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!​

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Cəmiyyət 17:45
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Cəmiyyət 11:34
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Cəmiyyət 10:55
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Cəmiyyət 19:28
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb -  Videoreportaj
Cəmiyyət 23:23
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb - Videoreportaj
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Cəmiyyət 10:36
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Cəmiyyət 09:53
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol