• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Oqtay Əsədovun sözləri təhrif olundu

Oqtay Əsədovun sözləri təhrif olundu
06.06.2014 12:50
"Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədovun 5 iyun 2014-cü il tarixində Moskvada rusiyalı həmkarı ilə görüşündə ATƏT-in Parlament Assambleyasının cari ilin 28 iyun – 2 iyul tarixlərində Bakıda keçiriləcək 23-cü illik sessiyasında Azərbaycanın Ukrayna məsələsi ilə əlaqədar Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etdiyi barədə İTAR-TASS agentliyinin yaydığı məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur". ANS PRESS-in məlumnatına görə, bu barədə informasiyanı Azərbaycanın Ukraynadakı səfirliyi yayıb. Səfirliyin məlumatında qeyd edilib ki, Milli Məclisin sədri belə bir mövqe bildirməyib və bildirməz də. Çünki, Azərbaycan Respublikasının mövqeyi məlumdur və birmənalıdır. "Bu cari ilin mart ayında BMT Baş Assambleyasında Krımla əlaqədar səsvermədə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsində açıq ifadə olunub. Prezident İlham Əliyev dost Ukrayna dövləti ilə münasibətlərə bir strateji tərəfdaş olaraq önəm verir və Ukraynanın seçilmiş Prezidenti cənab Pyotr Poroşenkonu ilk təbrik edənlər sırasında ona və dost Ukrayna xalqına xoş arzularını yetirmişdir. 7 iyun 2014-cü il tarixində cənab P.Poroşenkonun dövlət başçısı vəzifəsinə başlaması ilə əlaqədar andiçmə mərasiminə Milli Məclisin Sədri Oqtay Əsədovun göndərilməsi ölkəmizin dövlət başçısının Ukrayna xalqının seçiminə yüksək diqqətinin nümunəsidir.Azərbaycanın Ukraynadakı Səfirliyi belə hesab edir ki, adıçəkilən agentliyin yaydığı xəbər qərəzli xarakter daşıyır və Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmağa yönəlib".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
Siyasət 15:59
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Siyasət 10:09
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Siyasət 18:30
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Siyasət 17:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol