• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

""YAŞAT"dan mənə deyildi ki, əlil olanda sənə kömək edərik" - Fonddan AÇIQLAMA - VİDEO

08.02.2021 11:20
Vətən Müharibəsi qaziləri onlara xəstəxanada düzgün diaqnoz qoyulmadığını iddia ediblər.

Bununla bağlı jurnalist Xatun Etibarqızı feysbuk hesabında video paylaşıb.

Videoda müraciət ünvanlayan Vətən Müharibəsi qazisi Allahverdiyev Ramazan bildirir ki, onun aldığı xəsarətlə bağlı xəstəxanada düzgün diaqnoz qoyulmayıb: 

"Sentyabr ayının 21-də könüllü olaraq ordu sıralarına qoşulub və döyüşlərdə iştirak etmişəm. Ağdərə uğrunda gedən döyüşlər zamanı yaralandım. Beyin travmasına görə məni hospitala apardılar. Hospitalda müalicə olunduqdan sonra tərxis olundum. Daha sonra isə vəziyyətim pisləşdi və "Papanin”ə müraciət etdim. "Papanin”dən məni Respublika Psixiatriya Xəstəxanasına göndərdilər. Orada 10 gün yatdım. Mənə "stresə qarşı kəskin reaksiya” diqanozu qoyuldu. Lakin "Papanin”də mənə "baş-beyin toxumasının əzilməsi” diaqnozu qoyulub. Psixiatriya Xəstəxanasında pul vermədiyim üçün mənə bu diaqnozu qoyublar. Bu gün "Papanin”də özümü yandırmaq üçüb benzin tökdüm, əlimdən aldılar. Amma sabaha kimi mənim diaqnozumu düzgün yazmasalar, gedib Müdafiə Nazirliyinin qarşısında benzin töküb özümü yandıracam. Necə ki, Psixiatriya Xəstəxanasında bizimlə bir yerdə müalicə alan qollarını doğradı, baxmadılar, bu gün səhər intihar etdi. Sabah isə mən də o oğlan kimi olacağam. Kirayədə yaşayıram”. 

O, dəfələrə "YAŞAT” Fonduna müracət etdini lakin yanlız əlillik dərəcə olduğu halda yardım edəcəklərini bildirib: "YAŞAT” Fonduna müracət etdim ki, mən kirayədə qalıram və evdən çıxardırlar məni. Mənə dedilər ki, əlillik dərəcən var? dedim yox. Dedilər ki, əlil olanda sənə kömək edərik. Mən indi ayağımı, kəsib atım?”

Videomüraciət zamanı Səfərov Emin Nizami oğlu və yanındakı digər danışıq qabiliyyətini müəyyən qədər itirmiş qazi də (kadrlarda adı hallandırılmır)eyni problemi yaşadıqlarını bildiriblər. Bildirilir ki, adı çəkilməyən qazinin Tərtərdəki evi müharibə zamanı erməni vandalları tərəfindən yararsız hala düşüb və buna görə də gedəcək yeri yoxdur. 

"YAŞAT” Fondundan Yeniavaz.com-a verilən məlumatda bildirilir ki, sözügedən qazilərlə əlaqə saxlanılıb, lakin onlar tərəfindən müvafiq tibbi sənədlər təqdim olunmayıb:

"Şəhid ailələri və Vətən müharibəsində yaralananların hər biri diqqət mərkəzimizdədir. Onlarla bağlı müraciətlərin hər birinə həssaslıqla yanaşılılır. Onlarla əlaqə saxlanılır, problemləri araşdırılır və xərclər "YAŞAT" Fondu tərəfindən qarşılanır. Qeyd etdiyiniz yaralılarımızla "YAŞAT" Fondunun əməkdaşları tərəfindən əlaqə saxlanılıb. Lakin onlar tərəfindən müvafiq tibbi sənədlər təqdim olunmayıb. 

Allahverdiyev Ramazanla əlaqə saxlanılıb. Məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı köməklik istəyib, lakin epikriz təqdim edə bilməyib. Emin Səfərovla da əlaqə saxlanılıb, Fondun əməkdaşları onun evində də olublar. Yaralımızın həyat yoldaşı ilə yanvarın 10-u  tarixindən dəfələrlə danışılıb, onun tərəfindən vəziyyətin çox gərgin olduğu bildirilib. Fondun əməkdaşları onu tibb müəssisələrinə yönləndirmək istəsə də, israrla Hərbi Hospitala aparılmasını istəyiblər.
 
Müvafiq danışıqlardan sonra o, tibb müəsissinə yönləndirilsə də, Emin Səfərov 3 gün sonra oranı özü tərk edib. Və hələ də onunla bağlı müvafiq epikriz təqdim edilməyib. Əhmədov Nəcməddin isə atasının bank kreditinin ödənilməsi ilə bağlı müraciət edib və müvafiq qayda izah olunub. O, həmçinin müalicəsi ilə bağlı dərmanlarının alınması istəyini bildirib və ona dərmanların pulsuz təqdim olunduğu apteklərin siyahısı barədə məlumat verilib. Bu barədə həmin şəxsə məlumat verərkən o artıq dərmanlarla təmin olunduğu barədə özü məlumat verib. Həmçinin bu şəxs də epikriz təqdim etməyib.

Fond onların hər birinin xərclərini qarşılamağa hazırdır”.
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Cəmiyyət 19:28
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb -  Videoreportaj
Cəmiyyət 23:23
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb - Videoreportaj
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Cəmiyyət 10:36
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Cəmiyyət 09:53
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Cəmiyyət 17:51
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Cəmiyyət 17:14
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Cəmiyyət 16:04
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol